Logo
    main-post-cover

    Fransa mediası Google-dan AI cavablarına görə ödəniş tələb edir

        Fransada media qurumları Google-ın süni intellektlə hazırladığı cavablara qarşı ölkənin rəqabət qurumuna şikayət edib. Nəşriyyatları təmsil edən assosiasiya hesab edir ki, Google xəbər saytlarının materiallarından AI cavablarının hazırlanmasında istifadə edirsə, bunun müqabilində media şirkətlərinə ödəniş etməlidir. Məsələnin mərkəzində Google AI Overviews dayanır. Bu funksiya istifadəçinin axtarış sorğusuna müxtəlif internet mənbələrindən toplanmış məlumatlar əsasında birbaşa Google axtarış səhifəsinin yuxarı hissəsində AI tərəfindən hazırlanmış cavab göstərir.
    20 years of Google: 20 products that shaped the company - Verdict
        Media şirkətlərinin əsas narazılığı isə istifadəçilərin həmin cavabı oxuduqdan sonra mənbə saytlara keçməməsidir. Nəticədə Google cavab hazırlamaq üçün xəbər saytlarının məlumatlarından faydalanır, amma həmin saytlar əvvəlki qədər trafik və reklam gəliri əldə edə bilmir. Fransız nəşriyyatları Autorite de la concurrence adlı rəqabət qurumundan Google-a qarşı daha əvvəl Meta ilə bağlı tətbiq olunan yanaşmaya bənzər addım atmasını istəyirlər. Qurum iyul ayında Meta-dan media şirkətləri ilə yenidən danışıqlara başlamağı və onların kontentindən istifadəyə görə ödəniş mexanizmi hazırlamağı tələb etmişdi.
        Media nümayəndələri eyni yanaşmanın Google-a da tətbiq edilməsini, şirkətin nəşriyyatlarla danışıqlara qayıtmasını və AI sistemlərinin istifadə etdiyi jurnalist materiallarına görə konkret ödəniş modeli hazırlamasını istəyirlər. İndi əsas məsələ Fransa rəqabət qurumunun şikayətlə bağlı hansı qərarı verəcəyidir. Nəşriyyatların tələbi qəbul edilərsə, Google AI cavablarında media materiallarından istifadəyə görə xəbər qurumları ilə yeni ödəniş mexanizmi barədə danışıqlar aparmağa məcbur qala bilər.
    Paylaş