Gələcək astronavtlar Marsda səsin aşağı yayılma sürəti səbəbilə ünsiyyətdə çətinlik çəkə bilərlər

Gələcək astronavtlar Marsda səsin aşağı yayılma sürəti səbəbilə ünsiyyətdə çətinlik çəkə bilərlər

Süni zəka və Elm
25.03.2022 PAYLAŞIM

    Alimlər Mars planetinin səthində olan Perseverance aparatı tərəfindən yazılmış səsləri analiz edərək planetdəki səsin yayılma sürətini təyin ediblər. Məlum olub ki, Marsda səsin yayılma sürəti Yer kürəsində səsin yayılma sürəti ilə müqayisədə daha aşağıdır. Bununla belə alimlər maraqlı bir faktı təyin ediblər. Belə ki, müxtəlif səs tezlikləri Marsda fərqli sürətlə hərəkət edirlər. Nəticə etibarilə gələcək astronavtlar Mars səthində ünsiyyət baxımından çətinliklər ilə qarşılaşacaqlar. NASA-nın Perseverance aparatı keçən ilin fevral ayında Marsın Jezero adlı kraterinə eniş etmişdi.

    Həmin vaxtdan sözügedən aparat planetin müşahidəsi ilə məşğuldur. Aparatın sahib olduğu alətlər arasında 2 ədəd mikrofon da mövcuddur. Buna görə də istənilən şəxs NASA-nın saytında Marsda yayılan səslərə qulaq asa bilər. Alimlər isə öz növblərində aparat tərəfindən yığılmış audio məlumatları analiz edərək Marsda səs sürətini təyin edə biliblər. Aparatın sahib olduğu xüsusi lazer tərəfindən Mars süxuruna açılmış atəş səslərini analiz edərək alimlər lazerin süxurlara dəyməsi nəticəsində çıxan səsin aparat mikrofonuna kimi çatma sürətini öyrəniblər.


    Nəticədə məlum olub ki, Marsda səs saniyədə 240 metr sürətlə yayılır. Yer kürəsində isə səs hava daxilində saniyədə 335 metr sürətlə yayılır. Bundan əlavə olaraq alimlər təyin ediblər ki, Marsda müxtəlif səs tezlikləri fərqli sürətlə hərəkət edirlər. Belə ki, 400 Hz-dən yuxarı göstəricidə sürət təqribi olaraq saniyədə 10 metr daha yüksək olur. Bu isə o deməkdir ki, Marsda danışmaq heç də asan məsələ olmayacaq. Belə ki, ayrı-ayrı nitq səsləri qulaq asan şəxsin qulaqlarına fərqli vaxtlarda gəlib çatacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəllikl..

Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq..


Alimlər yadplanetli həyat növünü hansı planetlərdə axtarmaq lazım olduğunu öyrən..

Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarış..


Yer kürəsini əhatə edən vacib məlumatların vahid ehtiyat kopyasının Ayda saxlanm..

Məlumatda qeyd edilib ki, Yer kürəsini əhatə edəcək vacib məlumatlar Aydakı serverlərdə saxlanılacaq..


Kainatda işıq sürətindən daha yüksək sürətlə hərəkət etmək mümkündürmü?..

Fizika qanunlarına əsasən kainatda heç bir şey işıq sürətindən daha yüksək sürətlə hərəkət edə bilmə..


Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən siviliz..

NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səv..


Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkil..

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib.

×