Gələcəyi dəyişəcək inqilabi nailiyyət: Termonüvə sintezi zamanı daha çox enerji əldə edilib
Süni İntellekt
13.12.2022
Emil Nəcəfov
Bugün ABŞ termonüvə energetikası sahəsində inqilabi nailiyyəti elan edə bilər. Gözləntilərə əsasən sözügedən sahədə elan ediləcək inqilabi nailiyyət gələcəyi dəyişə biləcək. Termonüvə sintezi ənənəvi yanacaq növlərinin və atom elektrostansiyalarının alternativ variantı ola bilər. Keçən əsrin ortalarından başlayaraq alimlər onun vasitəsilə enerji əldə etməyə çalışırlar. Lakin bütün bu illər ərzində yalnız termonüvə sintez reaksiyasının işə salınması üçün lazım olan enerjini kompensasiya edə biləcək enerji miqdarı əldə edilib. Görünür, amerikalı alimlər indiyənə kimi heç kimin nail ola bilmədiyini reallaşdıra biliblər. Məlumata əsasən ABŞ-ın Energetika Nazirliyi termonüvə energetikası sahəsindəki inqilabi nailiyyəti bugün elan etməlidir.
Elan ediləcək inqilabi nailiyyət nəzəri cəhətdən insan sivilizasiyasını sonsuz enerji ilə təmin edə bilər. Financial Times saytının verdiyi məlumata əsasən Livermor Milli Laboratoriyasının alimləri termonüvə sintezi zamanı onun işə salınması üçün lazım olan enerjidən daha çoxunu əldə edə biliblər. 2 həftə ərzində baş tutmuş təcrübələr çərçivəsində mütəxəssislər hidrogen plazmasının şüalandırılması üçün dünyanın ən böyük lazerindən istifadə ediblər. Termonüvə sintezinin işə salınması üçün 2.1 MC (meqacoul) enerji sərf edilib. Nəticədə mütəxəssislər termonüvə sintezi vasitəsilə 2.5 MC enerji əldə edə biliblər. 2 nəfər mütəxəssis təsdiqləyib ki, həqiqətən də bu təcrübələr zamanı əldə edilmiş enerji miqdarı gözlənildiyindən daha çox olub.
Məlumatı təsdiqləmiş mütəxəssislər anonim qalmağı xahiş ediblər. Belə ki, aparılmış təcrübələrin nəticələri hələ tam şəkildə yoxlanılmayıb. Termonüvə sintezi reaksiyası Livermor Milli Laboratoriyasına məxsus olan National Ignition Facility (NIF) adlı kompleksdə işə salınıb. Sözügedən elmi obyektin yaradılması üçün 3.5 milyard dollar vəsait sərf edilib. İlk əvvəllər sözügedən kompleks hərbi nüvə partlayışlarının modelləşdirilməsində istifadə edilib. Müəyyən müddətdən sonra isə kompleksdə termonüvə sintezi üzrə təcrübələrə start verilib. Bununla belə alimlərin sözlərinə əsasən yaxın onilliklər ərzində termonüvə elektrostansiyalarının istifadəyə verilməsini gözləmək lazım deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei nova 13 və nova 13 Pro təqdim olunub - QİYMƏTİ
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!