Logo
    main-post-cover

    Gemini artıq AI ilə hazırlanmış videoları müəyyən edə bilir

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google Gemini tətbiqində süni intellektlə yaradılan məzmunun yoxlanması funksiyasını videolar üçün də əlçatan edib. İstifadəçilər artıq Gemini-yə video yükləyərək “Bu video Google AI ilə yaradılıb?” sualını verə bilərlər.
        Gemini video və səs hissələrini Google-a məxsus gizli su nişanı olan SynthID üzrə analiz edir. Cavab sadəcə “bəli” və ya “xeyr” olmur: sistem su nişanının videonun hansı saniyələrində aşkarlandığını da göstərir. Bu funksiya daha əvvəl, noyabr ayında yalnız Google AI ilə yaradılan və ya redaktə olunan şəkillər üçün istifadəyə verilmişdi.
        Bəzi AI su nişanları asanlıqla silinə bildiyi halda, Google SynthID-ni “sezilməz” (imperceptible) adlandırır. Bununla belə, bu nişanın nə dərəcədə silinməz olduğu və digər platformaların SynthID məlumatını nə qədər effektiv tanıyacağı hələ dəqiq deyil. Sosial şəbəkələrdə AI məzmununun vahid şəkildə işarələnməməsi isə deepfake-lərin gözdən yayınmasına səbəb olur.
         Gemini video yoxlaması üçün maksimum 100 MB ölçüdə və 90 saniyəyə qədər videoları qəbul edir. Funksiya Gemini tətbiqinin mövcud olduğu bütün ölkə və dillərdə əlçatandır.
    Paylaş