Gemini iPhone və iPad-də Chrome brauzerinə əlavə olunub
Süni İntellekt
11.12.2025
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google 2025-ci ilin əvvəlində masaüstü və Android üçün istifadəyə verdiyi Gemini süni intellekt funksiyasını nəhayət ki, iPhone və iPad-də Chrome brauzerinə də əlavə edib. Bu inteqrasiya sayəsində istifadəçilər səhifələri xülasə edə, oxuduqları mövzu ilə bağlı izahlar ala və öyrəndikləri bilikləri sınaya bilərlər. Bununla belə, şirkət AI cavablarının həmişə düzgün olmayacağını və vacib qərarlar üçün ona güvənməməyi tövsiyə edir.
iOS cihazınızda Chrome yeniləndikdən sonra, ünvan sətrinin solunda yer alan işarəyə toxunduqda yeni “Pages tool” menyusu açılır. Buradan “Ask Gemini” bölməsi vasitəsilə həm açıq olan veb-səhifə, həm də istənilən mövzu haqqında AI ilə söhbət etmək mümkündür. Hazırda Gemini funksiyası yalnız ABŞ üçün Chrome-da İngilis dili seçilmiş iPhone və iPad-lərdə aktivdir. Chrome hesabına giriş tələb olunur və bu funksiya incognito rejimində işləmir. Bundan əlavə, funksiyadan yalnız 18 yaşdan yuxarı istifadəçilər yararlana bilər.
Paylaş