Logo
    main-post-cover

    Gemini üçün “Notebooks” funksiyası təqdim edildi

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google Gemini üçün yeni “Notebooks funksiyasını təqdim etdiyini açıqlayıb. Bu yenilik istifadəçilərə müəyyən mövzu və ya layihə ilə bağlı bütün məlumatları vahid məkanda toplamağa imkan verəcək.
        Yeni funksiyanın əsas məqsədi istifadəçilərin iş prosesini daha sistemli və rahat təşkil etməsidir. “Notebooks” vasitəsilə istifadəçilər faylları, əvvəlki söhbətləri və fərdi təlimatları eyni layihə daxilində birləşdirə biləcək. Gemini isə bu məlumatları kontekst kimi istifadə edərək daha dəqiq və uyğun cavablar təqdim edəcək.
        Bu xüsusiyyət funksional baxımdan ChatGPT-nin 2024-cü ildə istifadəyə verilmiş Projects funksiyasına bənzəyir. Hər iki sistem istifadəçilərə müəyyən mövzu üzrə bütün materialları bir yerdə saxlamaq imkanı yaradır.
        Google bildirir ki, “Notebooks” istifadəçilər üçün şəxsi bilik bazası kimi fəaliyyət göstərəcək və gələcəkdə digər Google məhsulları ilə də inteqrasiya olunacaq. Funksiya həmçinin Google-un süni intellekt araşdırma aləti olan NotebookLM ilə sinxron işləyəcək. Beləliklə, bir tətbiqdə əlavə edilən mənbələr avtomatik olaraq digərində də görünəcək.
        Hazırda “Notebooks” funksiyası veb versiyada Google AI Ultra, Pro və Plus abunəçiləri üçün mərhələli şəkildə istifadəyə verilir. Şirkətin açıqlamasına görə, yaxın həftələrdə mobil cihazlara və pulsuz istifadəçilərə də təqdim olunacaq.
    Paylaş