Google-a görə, "pendiri pizzaya yapışdırmaq" üçün yapışqandan istifadə edə bilərsiniz!
Süni İntellekt
23.05.2024
Farid Pardashunas
Google, bir müddət əvvəl yeni axtarış funksiyası olan AI Overviews-u təqdim etmişdi. İndi isə Google-un yeni süni intellekt dəstəkli axtarış funksiyasına əsasən, pendiri pizzaya yapışdırmaq üçün yapışqandan istifadə edə bilərsiniz.
Görünən odur ki, Google-un yeni axtarış funksiyası, AI Overviews-un mükəmməl hala gəlməsi üçün hələ bir xeyli zaman var. Çünki bu yeni alət, “pendirin pizzaya yapışmamağı” axtarışı edən istifadəçiyə, pendiri yapışdırmaq üçün pizzaya yapışqan çəkməyi tövsiyə edir. Əlbəttə ki, bunu etməməli olduğunuzu söyləməyə ehtiyac yoxdur, lakin AI Overviews, bu cür səhvləri mütəmadi olaraq təkrarlamağa davam edəcək. Bu, təkcə Google-da deyil, bütün məhsuldar AI-larda mövcud olan problemdir. Google üçün səhv olan odur ki, o, milyardlarla insanın dəqiq məlumat tapmaq üçün istifadə etdiyi axtarış sistemində yalan məlumat verə bilən aləti təbliğ edir.
Məlum olduğu kimi, Google-un süni intellekti kimi bütün süni intellekt modelləri internetdəki məlumatlarla, daha dəqiq desək, toplaya biləcəkləri bütün məlumatlar əsasında öyrədilir. Google-da hər hansı bir problemlə bağlı axtarış edərəkən Google, Reddit-də paylaşılanları daha çox önə çıxarır. Buna görə də, AI Overviews-in bu səhv cavabı Reddit-dən götürüməsi heç də təəccüblü hesab olunmur. Bundan başqa, AI Overviews, "Daha əvvəllər NHL-də it oynadımı?" sualına da "Bəli, NHL-də it oynayıb" səhv cavabını verib.
Təbii ki, bu səhvləri süni intellektdən silmək elə də çətin deyil, lakin bunun üçün bir qədər də vaxt lazımdır. Digər tərəfdən, Google, bu ilin əvvəlində ABŞ və Böyük Britaniyada AI Overviews xüsusiyyətini sınaqdan keçirməyə başlayayıb və bu xüsusiyyəti, 2024-cü ilin sonuna qədər daha geniş şəkildə istifadəyə verəcəyini bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft, səsinizi təqlid edərək zənglərə cavab verən süni intellekt üzərində işləyir!
Microsoft, səsinizi təqlid edərək zənglərə cavab verən süni intellekt üzərində işləyir!
Truecaller və Microsoft-un birgə əməkdaşlığı ilə hazırlanmış süni intellekt köməkçisi, səsinizi təqlid edəcək və zəng gələn zaman sizin əvəzinizə cavab verə biləcək.
Google, süni intellekt dəstəkli reklamlar göstərməyə başlayıb!
Google, süni intellekt dəstəkli reklamlar göstərməyə başlayıb!
Google, yeni süni intellektlə dəstəklənən reklam göstərmə xüsusiyyəti ilə axtarış nəticələrinizdə müvafiq reklamlar yerləşdirməyə başlayıb.
Google-nin sözlərinə görə, Microsoft, müştərilərini kiberhücumlara qarşı qoruya bilmir!
Google-nin sözlərinə görə, Microsoft, müştərilərini kiberhücumlara qarşı qoruya bilmir!
Google, öz hesabatında Microsoft-un təhlükəsizlik zəifliklərinə toxunub. Axtarış nəhəngi Google, Microsoft-un müştərilərini kiberhücumlardan qoruya bilmədiyini bildirib.
Yadplanetliləri görə bilməməyimizin səbəbi süni intellekt ola bilər!
Yadplanetliləri görə bilməməyimizin səbəbi süni intellekt ola bilər!
Manchester Universitetindən Michael Garrett-in irəli sürdüyü nəzəriyyəyə görə, süni intellekt sivilizasiyaların sonunu gətirmiş ola bilər. Buna görə də yadplanetliləri görməyə bilərik.
Android 15-də 5 yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək
Android 15-də 5 yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək
Google şirkəti Android 15 üçün nəzərdə tutulmuş 5 yeni təhlükəsizlik funksiyasını anons edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!