Logo
    main-post-cover

    Google AI axtarışlarında artıq Reddit sitatları göstərəcək

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google axtarış sistemindəki süni intellekt funksiyalarını yeniləyərək istifadəçilərə daha çox “real insan təcrübəsi” göstərməyə başlayır. Şirkətin açıqladığı yeniliyə əsasən, artıq Google-un AI Overviews və AI Mode funksiyaları Reddit, forumlar və sosial şəbəkələrdəki müzakirələrdən sitatlar təqdim edəcək.
    Google AI Search updates Reddit linking
        Yeni funksiya istifadəçilərin axtardıqları mövzularla bağlı digər insanların təcrübələrini daha rahat tapmasına imkan verəcək. Məsələn, istifadəçi “şimal işıqlarının ən yaxşı fotosunu necə çəkmək olar?” kimi axtarış etdikdə, Google ona fotoqrafiya forumlarından və ya Reddit icmalarından ekspozisiya müddəti ilə bağlı məsləhətləri göstərəcək. Hətta həmin cavabların hansı icmadan və ya istifadəçidən gəldiyi də ayrıca qeyd olunacaq.
        Google bildirir ki, insanlar artıq yalnız SEO optimallaşdırılmış sayt nəticələri deyil, real istifadəçi təcrübələri axtarır. Bu səbəbdən şirkət “Expert Advice” adlı yeni bölmə ilə AI nəticələrinə forum və sosial media mənbələrini inteqrasiya edir. Bu yenilik xüsusilə uzun müddətdir Google axtarışlarında “Reddit” sözünü ayrıca yazaraq nəticə axtaran istifadəçilər üçün faydalı olacaq.
        Şirkət həmçinin AI cavablarının içərisində daha çox əlaqəli keçidlər göstərməyə başlayır. Məsələn, velosiped marşrutları haqqında axtarış zamanı istifadəçilərə tur bələdçiləri, məşq tövsiyələri və bloq yazıları da təqdim ediləcək. Bununla yanaşı, AI cavablarının sonunda əlaqəli mövzular üzrə əlavə araşdırma təklifləri də görünəcək.
     
    Paylaş