Google AI strategiyasında dəyişiklik edib
Süni İntellekt
22.12.2025
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google bəzi Android istifadəçiləri üçün Google Assistant-ın gözləniləndən daha uzun müddət aktiv qalacağını açıqlayıb. Şirkət əvvəlcə 2025-ci ilin sonuna qədər Assistant-ı əksər Android telefonlardan çıxarıb onu Gemini ilə əvəzləməyi planlaşdırırdı. Lakin bu plan indi dəyişdirilib.
Google bildirir ki, keçidin problemsiz və rahat olması üçün daha çox zamana ehtiyac var. Buna görə də Assistant-dan Gemini-yə keçid prosesi 2026-cı ilin əvvəlinə, hətta ondan da sonrakı dövrə uzana bilər. Şirkət keçidlə bağlı daha detallı məlumatların yaxın aylarda paylaşılacağını da qeyd edib.
Google artıq Gemini-yə Assistant-ın əsas funksiyalarını, o cümlədən ağıllı ev cihazlarının idarəsini əlavə edib. 2024-cü ildə təqdim olunan Pixel 9 seriyası da birbaşa Gemini-ni standart köməkçi kimi istifadə etməyə başlamışdı. Şirkətin planına görə, gələcəkdə Gemini yalnız telefonlarda deyil, planşetlərdə, avtomobillərdə, qulaqlıqlarda və ağıllı saatlarda da Assistant-ı əvəz edəcək. Ancaq bunun üçün cihazların minimum tələblərə cavab verməsi lazımdır: ən azı Android 10 əməliyyat sistemi və 2 GB RAM.
Paylaş