Google axtarışdakı AI Overviews və AI Mode-u birləşdirir
Süni İntellekt
04.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google “AI Overviews” və “AI Mode” funksiyalarını birləşdirməyə başladığını açıqlayıb. Bu yenilik istifadəçilərə axtarış nəticələrinin yuxarısında göstərilən AI tərəfindən yaradılmış icmal əsasında mövzunu daha dərindən araşdırmaq üçün eyni ekranda danışıq interfeysinə keçməyə imkan verəcək.
“AI Mode” funksiyası bu ilin may ayında ABŞ-də, avqustda isə qlobal olaraq istifadəçilərə təqdim olunmuşdu. Bu rejim Google-un Gemini modeli ilə ChatGPT-yə bənzər şəkildə sual-cavab formatında söhbət etməyə şərait yaradır. Amma indiyədək istifadəçilər daha mürəkkəb mövzularla bağlı suallar vermək istəyirdilərsə, əvvəlcədən “AI Mode” bölməsinə keçməli olurdular.
Yeni testlə birlikdə istifadəçilər mobil cihazlardan axtarış nəticələri səhifəsindən birbaşa “AI Mode” daxilində söhbəti davam etdirə biləcəklər. Funksiya mərhələli şəkildə qlobal olaraq tətbiq olunur və hələlik yalnız mobil versiyada aktivdir.
Bu dəyişiklik OpenAI-da yaranmış “Code Red” vəziyyəti fonunda diqqət çəkir. OpenAI hazırda digər layihələri təxirə salaraq çat təcrübəsini təkmilləşdirməyə fokuslanıb. Google-un Gemini modelinə edilən yeniləmələr və Nano Banana təsvir modeli sayəsində Gemini-nin aylıq istifadəçi sayı noyabrda 650 milyonu keçib. “AI Overviews” isə 2 milyard aylıq istifadəçisi ilə Google-un əsas üstünlüklərindən biridir.
Paylaş