main-post-cover

    Google ChatGPT-nın potensial rəqibi ola biləcək süni zəka əsaslı yeni çat-botunu test etməyə başlayıb

    Süni İntellekt
    01.02.2023
    Farid Pardashunas
        Verilmiş məlumata əsasən Google şirkəti süni zəka əsaslı yeni çat-botlarını test edir. Heç istisna deyil ki, şirkət nəticə etibarilə onlardan birini özünün axtarış sisteminə inteqrasiya edəcək. Məlumatda qeyd edilib ki, bu istiqamət üzrə işlər Alphabet holdinqinin bulud texnologiyalar şöbəsi çərçivəsində aparılır. Güman olunur ki, Google nəticədə OpenAI tərəfindən yaradılmış süni zəka əsaslı ChatGPT çat-botu ilə rəqabət apara biləcək analoqunu təqdim edəcək. İnsayderlərin sözlərinə əsasən Google hal hazırda Apprentice Bard adlı çat-botu test edir. Şirkət əməkdaşları ona müxtəlif suallar verirlər və çat-bot öz növbəsində həmin suallara detallı cavabları təqdim edir. Bu məsələdə Google şirkətinin test etdiyi yeni çat-bot ChatGPT-nı xatırladır. Bununla yanaşı şirkət bu cür çat-botun inteqrasiya edildiyi axtarış sistemini də test edir.
        Məlumatda qeyd edilib ki, sözügedən layihə çərçivəsində axtarış prosesi suallar və cavablar formatında reallaşdırılır. Şirkət rəhbərləri əməkdaşlara bu yeni texnologiyaları test etməyi və onlar barəsində fikirlərini bölüşməyi məsləhət görüblər. Qeyd etmək lazımdır ki, Google bu yeni texnologiyaların testini ChatGPT-nın uğurlu olmasından sonra reallaşdırmağa başladı. Belə ki, şirkət rəhbərləri və əməkdaşları ChatGPT-nın bu qədər uğurlu olmasından narahatlıq keçirdirlər və onlar düşünürlər ki, süni zəka əsaslı bu çat-bot şirkətin axtarış xidmətini tamamilə əvəzləyə bilər. Şirkətin CEO-su olan Sundar Pichai öz növbəsində qeyd edib ki, Google artıq bu il ərzində bu cür texnologiyaları istifadəyə verə bilər. Məlumata əsasən test edilən Apprentice Bard adlı çat-bot Google şirkətinin LaMDA (Language Model for Dialogue Applications) texnologiyası əsasında hazırlanıb.
        ChatGPT-nin istifadəyə verilməsindən sonra şirkət LaMDA komandasına onun rəqibini hazırlamaq tapşırığını verib. Apprentice Bard öz növbəsində ChatGPT-nı xatırladır. Belə ki, o da ChatGPT kimi dialoq pəncərəsində suallara cavab verə bilir. Şirkət əməkdaşlarının sözlərinə əsasən son həftələr ərzində Apprentice Bard daha təkmilləşdirilmiş bir alət halına gəlib. Əlavə olaraq şirkət suallar və cavablar formatında çalışa biləcək axtarış səhifələrini test edir. Həmçinin məlumatda qeyd edilib ki, Google şirkəti ChatGPT ilə LaMDA-nı müqayisə edib. İlkin nəticələrə əsasən ChatGPT proqramçı vəzifəsinə müsahibə çərçivəsində Level 3 statusunu əldə edib. Bu isə o deməkdir ki, çat-bot Level 1Level 2 statuslarına sahib şəxslərin əməliyyatlarını rahatlıqla koordinasiya edə bilər. Bununla belə LaMDA-nın bu müqayisə çərçivəsində hansı statusu əldə etdiyi bilinmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər