Google Gemini adlı süni zəka modelini təqdim edib (VİDEO)
Süni İntellekt
07.12.2023
Emil Nəcəfov
Hələ bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Google şirkəti özünün Gemini adlı süni zəka modelinin təqdimatını yanvar ayına təxirə salıb. Lakin görünür, həmin məlumat doğruluğu əks etdirməyib. Belə ki, şirkət Gemini adlı süni zəka modelini rəsmi şəkildə təqdim edib. Gemini şirkətin süni zəka funksiyalarının əsasında dayanacaq və OpenAI şirkətinin ChatGPT çat-botu ilə rəqabət aparacaq. Google şirkətinin CEO-su Sundar Pichai bildirib ki, Gemini süni zəka modeli şirkət üçün növbəti böyük addımdır və o, şirkətin demək olar bütün məhsullarına təsir göstərəcək. Gemini bir dil modelindən daha böyük bir şeydir. Bununla belə sözügedən süni zəka modelinin Gemini Nano adlı daha sadələşdirilmiş versiyası da mövcuddur və o, Android cihazlarda çalışmaq üçün nəzərdə tutulub.
Süni zəka modelinin daha güclü versiyası isə Gemini Pro-dur və o, gələcəkdə Google şirkətinin bütün servislərinin əsasında dayanacaq. Bugündən başlayaraq isə Gemini Pro Google şirkətinin Bard adlı süni zəka çat-botunun əsasını təşkil etməyə başlayıb. Bütün bunlarla yetinməyərək şirkət həmçinin Gemini Ultra süni zəka modelini də yaradıb. Gemini Ultra şirkətin ən güclü süni zəka modelidir və o, data mərkəzlər və korporativ tətbiqlərə inteqrasiya üçün nəzərdə tutulub. İstehlak bazarında şirkət öz süni zəka modelini bir neçə üsul vasitəsilə işə salır. Google Bard çat-botu artıq Gemini Pro əsasında çalışır. Google Pixel 8 Pro smartfonunun istifadəçiləri Gemini Nano inteqrasiyası sayəsində bəzi yeni funksiyaları əldə edəcəklər.
Gemini Ultra-dan istifadə imkanı isə gələn il təqdim ediləcək. Tərtibatçılar və şirkətin korporativ müştəriləri 13 dekabr tarixindən başlayaraq Google Generative AI Studio və ya Google Cloud-dakı Vertex AI üzərindən Gemini Pro-nu istifadə edə biləcəklər. Gemini hal hazırda yalnız ingilis dilində olan sorğuları emal edə bilir. Lakin gələcəkdə şirkət digər dillərin dəstəklərini də əlavə edəcək. Sundar Pichai bildirib ki, nəticə etibarilə sözügedən süni zəka modeli Google Search sisteminə, şirkətin reklam məhsullarına, Chrome brauzerinə və digər servislərə inteqrasiya ediləcək. Gemini-nin təqdimatı zamanı DeepMind laboratoriyasının rəhbəri Demis Hassabis bildirib ki, Google öz süni zəka modelini GPT-4 ilə detallı şəkildə müqayisə edib.
Onun sözlərinə əsasən bəzi testlərdə Gemini-nin GPT-4-dən üstünlüyü minimaldır. Bəzi testlərdə isə Gemini daha üstün nəticələr sərgiləyir. Məlumata əsasən Gemini-nin əsas üstünlüklərindən biri də onun video və audionu başa düşməsi və üstəlik onlarla qarşılıqlı əlaqədə ola bilməsidir. Digər tərəfdən bu, məntiqli səslənir. Belə ki, OpenAI kimi Google şirkəti foto və audio emalı üçün nəzərdə tutulmuş ayrı-ayrı süni zəka modellərini indiyənə kimi təqdim etməyib.
Şirkət ilk əvvəldən təsvirləri və səsləri tanıya biləcək vahid süni zəka modelini yaratmağı qarşısına hədəf kimi qoymuşdu. Hal hazırda Gemini-nin sadə versiyaları mətnlərin daxil və təqdim edilməsini dəstəkləyirlər. Lakin süni zəka modelinin Gemini Ultra kimi daha güclü versiyaları foto, video və audiolar ilə çalışmaq bacarığına sahibdirlər. Təbii ki, bu süni zəka modelləri müəyyən problemlərə sahibdirlər. Lakin Google şirkəti zamanla onları təkmilləşdirməyi hədəfləyib. Proqram təminatı kodunun tərtib edilməsi prosesi üçün isə Gemini AlphaCode 2 adlı yeni sistemdən istifadə edir.
Linki kopyala
google
gemini
gemini nano
gemini pro
gemini ultra
artificial intelligence
suni zeka
suni intellekt
google gemini
Bənzər xəbərlər
Oxşar xəbərlər
Foto tərtibatı zamanı süni zəkanın sərf etdiyi enerji bir smartfonun enerjisinə bərabərdir
Foto tərtibatı zamanı süni zəkanın sərf etdiyi enerji bir smartfonun enerjisinə bərabərdir
Hugging Face adlı startapın və Karnegi Mellon Universitetinin mütəxəssisləri süni zəkanın müxtəlif növ tapşırıqları yerinə yetirən zaman buraxdığı karbon izinin miqdarını təyin ediblər.
Google şirkəti Gemini adlı süni zəka sisteminin işə salınmasını gələn ilə təxirə salıb
Google şirkəti Gemini adlı süni zəka sisteminin işə salınmasını gələn ilə təxirə salıb
Google şirkəti gələn həftə xüsusi təqdimat tədbiri keçirməli və həmin tədbirdə ChatGPT-nin rəqibi olacaq Gemini adlı süni zəka sistemini təqdim etməli idi.
NVIDIA CEO-su: "Artıq 5 ildən sonra süni zəka insanla rəqabət apara biləcək"
NVIDIA CEO-su: "Artıq 5 ildən sonra süni zəka insanla rəqabət apara biləcək"
NVIDIA şirkətinin CEO-su olan Jensen Huang-ın fikrincə öz imkanları baxımından insan ilə rəqabət apara biləcək süni zəka artıq 5 ildən sonra ortaya çıxacaq.
Süni zəka vasitəsilə 2.2 milyon yeni material kəşf edilib
Süni zəka vasitəsilə 2.2 milyon yeni material kəşf edilib
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının mütəxəssisləri süni zəkadan istifadə edərək daha öncə məlum olmamış 2.2 milyon yeni kristallik strukturu kəşf ediblər.
Süni zəka hal hazırda iş yerləri sayından daha çox maaş səviyyəsinə təsir göstərir
Süni zəka hal hazırda iş yerləri sayından daha çox maaş səviyyəsinə təsir göstərir
Analitiklərin çoxu süni zəka sistemlərinin biznesə inteqrasiya edilmələrinin əmək bazarındakı ixtisarlara səbəb olacaqları barəsində danışırlar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!