Logo
    main-post-cover

    Google Gemini-də Lyria 3 istifadəyə verildi

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google yeni süni intellekt əsaslı musiqi generatoru olan Lyria 3 modelini təqdim edib. Şirkət çərşənbə günü elan edib ki, bu model artıq Gemini masaüstü tətbiqində istifadəyə verilib və yaxın günlərdə mobil versiyaya da əlavə olunacaq.
    Google Lyria 3 screenshot showing roaring 20s woman
        Lyria 3 əvvəlki versiyalarla müqayisədə daha təkmil imkanlar təqdim edir. Model istifadəçilərə yüksək keyfiyyətli, 30 saniyəlik audio treklər yaratmağa imkan verir. Bu treklər qısa jingl-lərdən lo-fi beat-lərə, eləcə də daha mürəkkəb aranjimanlı mahnılara qədər müxtəlif janrları əhatə edə bilir. Lyria 3-dən istifadə etmək üçün Gemini tətbiqində “Tools” bölməsinə daxil olmaq və “Music” seçimini aktivləşdirmək kifayətdir. Alət hazırda 18 yaşdan yuxarı bütün istifadəçilər üçün pulsuzdur.
        Model aşağıdakı dilləri dəstəkləyir:
    • İngilis
    • Alman
    • İspan
    • Fransız
    • Hindi
    • Yapon
    • Koreya
    • Portuqal
        Google əlavə dillərin də gələcəkdə əlavə olunacağını bildirib. Lyria 3 sadə mətn, şəkil, audio və ya video prompt əsasında 30 saniyəlik mahnı yarada bilir. İstifadəçilər prompt vasitəsilə musiqi janrını, vokal üslubunu və tempi idarə edə bilirlər. Ən diqqətçəkən yeniliklərdən biri isə sözlərin artıq istifadəçi tərəfindən yazılmasının vacib olmamasıdır. Lyria 3 təqdim olunan mövzuya uyğun olaraq mahnı sözlərini özü yaradır.
        Bundan əlavə, Google-un digər AI aləti olan Nano Banana yaradılan musiqi üçün albom örtüyü (cover art) də hazırlaya bilir.
    Paylaş