Google Gemini üçün gündəlik limitləri artırdı
Süni İntellekt
16.01.2026
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google pullu Gemini istifadəçiləri üçün gündəlik sorğu (prompt) limitlərini artırıb. Yenilik Google AI Pro və Google AI Ultra abunəlik planlarına aiddir və artıq istifadəçilər modellər üzrə ayrıca limitlərdən yararlana biləcəklər.
9to5Google-un verdiyi məlumata görə, Google əvvəlki “ortaq limit hovuzu” sistemindən imtina edib və Gemini Thinking ilə Gemini Pro modelləri üçün ayrı-ayrı gündəlik limitlər tətbiq edib.
Yeni limitlər necədir?
- Google AI Pro (19.99 dollar / ay)
- Gemini Thinking: gündə 300 prompt
- Gemini Pro: gündə 100 prompt
- Google AI Ultra (250 dollar / ay)
- Gemini Thinking: gündə 1 500 prompt
- Gemini Pro: gündə 500 prompt
Xatırladaq ki, Gemini 3-ün istifadəyə verildiyi dövrdə AI Pro istifadəçiləri hər iki model üzrə cəmi 100 günlük prompt, AI Ultra abunəçiləri isə 500 günlük prompt limiti ilə məhdudlaşırdı. Yeni sistemdə bu limitlər modellər üzrə ayrılıb və artıq istifadəçilər bir modeldə limiti doldurduqda digərinə təsir etmir. Pulsuz Gemini istifadəçiləri üçün də ayrıca gündəlik limitlər mövcuddur, lakin Google bu rəqəmləri açıqlamır və bildirir ki, pulsuz plan üzrə limitlər gündəlik dəyişə bilər. Google açıqlamasında bu dəyişikliyin birbaşa istifadəçi rəylərinə əsaslandığını vurğulayıb.
Paylaş