
Google Gemma adlı kompakt süni zəka modelini anons edib
Süni İntellekt
22.02.2024
Emil
Google şirkəti açıq mənbəli koda sahib kompakt süni zəka modelləri sinifini anons edib. Anons edilmiş kompakt süni zəka modelləri sinifi Gemma adını əldə edib. Bu sinifin ilk təmsilçiləri isə Gemma 2B və Gemma 7B olublar. Google bu süni zəka modellərinin digər analoqlar ilə müqayisədə necə çalışdıqları barəsində məlumat verməyib. Şirkət sadəcə olaraq bildirib ki, bu süni zəka modelləri ən müasir süni zəka modellərindən biridirlər. Google tərəfindən verilmiş məlumata əsasən Gemma süni zəka modeli Gemini və PaLM süni zəka modellərinin arxitekturaları əsasında qurulub.
O, mətnlərin tərtibatı imkanlarını verir. Mətnlərin tərtibatı imkanları daha böyük süni zəka modellərinin eyni imkanları ilə müqayisə edilə bilər. Lakin Gemma-nın mətn tərtibatı imkanları daha kompaktdırlar. Bu isə öz növbəsində onun hətta lokal şəkildə kompüterlərdə istifadəsini də mümkün edəcək. Gemma açıq mənbəli koda sahib olsa da, Google onun kodunu təqdim etməyib. İstifadəçilər sözügedən süni zəka modelini ayarlamaq imkanına sahib olsalar da, onun təməl arxitekturasını dəyişə bilməzlər. Gemma ilə çalışmaq üçün Google, Colab, Kaggle, Hugging Face və digər platformalar əsasında hazır həlləri təklif edir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
