main-post-cover

    Google həkimlərə yardım məqsədli Med-PaLM 2 neyron şəbəkəsini təqdim edib

    Süni İntellekt
    14.04.2023
    Farid Pardashunas
        Google şirkəti keçirilmiş The Check Up 2023 tədbiri çərçivəsində Med-PaLM 2 adlı neyron şəbəkə modelini təqdim edib. Bu neyron şəbəkə həkimlərin iş prosesləri zamanı onlara yardımçı olmaq üçün nəzərdə tutulub. Şirkət Med-PaLM 2-nin təqdim etidiyi nəticələrin dəqiqliyini bir sıra sualdan ibarət xüsusi tapşırıq vasitəsilə qiymətləndirib. Google bildirib ki, aparılmış testlər nəticəsində Med-PaLM 2 85% xal toplayıb. Bu isə daha öncəki Med-PaLM versiyasının topladığı xal göstəricisindən 18% yüksəkdir.
        Google bildirib ki, performans baxımından Med-PaLM 2 digər süni zəka modelləri analoqlarından daha böyük üstünlüklərə sahibdir. Google Cloud yaxın həftələrdə Med-PaLM 2-ni məhdud sayda müştərisinə təqdim etməyi planlaşdırır. Bunun sayəsində şirkət yeni neyron şəbəkəsinin tibb sahəsində istifadə imkanlarını müşahidə etmək istəyir. Google informativ müzakirələrdə iştirak, qəliz tibbi suallara cavabların tapılması və struktursuz tibbi mətnlərdə məlumatların axtarılması prosesində Med-PaLM 2-nin necə istifadə edilə biləcəyini anlamaq istəyir. Med-PaLM 2 Google tərəfindən səhiyyə sahəsi üçün yaradılmış süni zəka modellərindəın biridir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər