
Google həyati mövzularda məsləhət verən süni zəkanı test edir
Süni İntellekt
17.08.2023
Emil
Google bu il generativ süni zəka sahəsində digər şirkətlərin start verdikləri yarışa qoşuldu və son aylar ərzində bu sahə üzrə olan tədqiqatlarının effektivliklərini yüksəltmək üsullarını axtardı. Aprel ayında şirkət özünün DeepMind adlı laboratoriyası ilə Brain Team adlı şirkət daxili komandasını birləşdirdi. Bu prosesdən 4 ay sonra Google DeepMind generativ süni zəkanı həyati məsələlər ilə bağlı şəxsi köməkçiyə çevirə biləcək yeni iddialı texnologiyaları test etməyə başlayıb.
Məlumatda qeyd edilib ki, DeepMind hal hazırda 21 növ özəl və professional tapşırığın yerinə yetirilməsi üçün nəzərdə tutulmuş generativ süni zəkanı test edir. Bura həmçinin həyati məsləhətlərin, ideyaların, planlamanın və təhsil kosepsiyasının təklif edilməsi də daxildir. İdeyaların tərtib edilməsi funksiyası istifadəçilər üçün bu və ya digər vəziyyətdən asılı olaraq məsləhətləri və təklifləri irəli sürə bilər. Süni zəka yeni bacarıqları öyrədə və ya artıq mövcud olanları təkmilləşdirə bilər.
DeepMind iş prosesində süni zəkanın istifadəsi üçün digər imkanları da test edəcək. Buna misal olaraq elmi, yaradıcı və professional mətnlərin tərtib edilməsi, o cümlədən bu və ya digər mətndə qanunauyğunluqların tapılması və mətnlərdən məlumatların əldə edilməsini gətirmək olar. Google həmçinin hal hazırda jurnalistlər üçün nəzərdə tutulmuş süni zəka əsaslı köməkçini də test edir. Bu cür köməkçi xəbərlərin və xəbərlər üçün nəzərdə tutulmuş başlıqların tərtib edilməsində yardımçı ola bilər. Bütün bu layihələr Google şirkətinin süni zəka sahəsindəki liderliyi ələ keçirtmək istəməsinin bariz nümunələridir. Bu layihələr həmçinin onu göstərirlər ki, şirkət həssas mövzularda da süni zəkaya etibar etməyə hazırdır. Bununla belə insanların çat-botlara emosional bağlılıqları üzrə narahatlıq da var.
Paylaş
Bənzər xəbərlər