Logo
    main-post-cover

    Google Hindistanda ucuz AI Plus planını təqdim etdi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google çərşənbə günü Hindistanda daha sərfəli AI Plus planını təqdim edib. Bu addım şirkətin ucuz AI xidmətləri seqmentində, xüsusilə də OpenAI-ın ChatGPT Go abunəliyi ilə rəqabəti gücləndirmək məqsədi daşıyır.
    Google Gemini App with Nine Indian Languages Launched in India
        Yeni istifadəçilər üçün AI Plus planı ilk altı ay ərzində ayda cəmi 199 rupi (təxminən 2.21 dollar) olacaq. Daha sonra qiymət 399 rupiyə (təxminən 4.44 dollar) yüksələcək. AI Plus abunəliyi istifadəçilərə bir sıra üstünlüklər təqdim edir: Gemini 3 Pro və Nano Banana Pro görüntü redaktə modelindən daha yüksək limitlərlə istifadə imkanı, Gemini və Flow tətbiqlərində video generasiyası, NotebookLM-də genişləndirilmiş “deep research” funksiyası, Google Photos, Drive və Gmail üçün 200 GB yaddaş. Bundan əvvəl Google-un Hindistandakı ən ucuz AI abunəliyi ayda 1 950 rupi (təxminən 21.69 dollar) qiymətləndirilən AI Pro idi. Yəni yeni tarif kəskin şəkildə daha ucuzdur.
        Google-un qiymətləri Hindistan bazarına uyğunlaşdırması gec baş versə də, AI Plus planı ilk olaraq sentyabrda İndoneziyada təqdim olunmuş, ardından digər ölkələrə də çıxarılmışdı. OpenAI isə bu addımı daha erkən ataraq avqustda Hindistanda 5 dollardan ucuz ChatGPT Go planını istifadəyə vermişdi. Bu plan ödənişsiz versiya ilə müqayisədə mesajlaşma, şəkil generasiyası və fayl yükləmə imkanlarını 10 dəfə artırır.
    Paylaş