Logo
    main-post-cover

    Google insan səsi sayəsində xəstəliyi təyin edə biləcək süni zəka üzərində çalışır

    Süni İntellekt
    30.08.2024
    Emil
         Google şirkəti müasir süni zəka sistemlərinin imkanlarını genişləndirməyə qərar verib. Belə ki, şirkət hal-hazırda xəstəliklərin erkən əlamətlərini insanın çıxardığı səslər vasitəsilə təyin edə biləcək süni zəka texnologiyası üzərində çalışır. Bu cür nailiyyəti əldə etmək yolunda Google süni zəka modelini 300 milyon audio nümunə vasitəsilə təlimatlandırıb. Süni zəkanın təlimatlandırılması prosesində istifadə edilmiş səs nümunələri özlərində öskürək səslərini, asqırma əlamətlərini və çətin tənəffüs səslərini birləşdiriblər.
       Qeyd edilib ki, bu məlumatlar sayəsində süni zəka sistemi insanda vərəm kimi xəstəliyi təyin edə biləcək. Google şirkətinin hazırladığı bu süni zəka sistemi HeAR (Health Acoustic Representations) adlanır. Google bu istiqamətdə həmçinin Hindistanın Salcit Technologies adlı şirkəti ilə güclərini birləşdirib. Bu şirkət respirator xəstəlikləri sahəsindəki süni zəka texnologiyaları üzrə fəaliyyət göstərir və o, Google şirkətinin bu süni zəka texnologiyasının smartfonlara inteqrasiyası məsələsində ona yardımçı olacaq. Nəticədə Google şirkətinin süni zəka texnologiyası səhiyyə xidmətlərinin aşağı səviyyədə olduqları regionlarda yüksək risk altındakı insanlara yardımçı ola biləcək.
    Paylaş
    Bənzər xəbərlər
    google-gmail-ucun-suretli-cavab-funksiyasini-teqdim-edir
    Proqram Təminatı

    Google, Gmail üçün sürətli cavab funksiyasını təqdim edib!

    Google, tezliklə Gmail Android tətbiqinə gələcək sürətli cavab funksiyasını təqdim edib. Artıq tam ekrana keçmədən gələn e-poçta tez cavab vermək mümkün olacaq.
    google-play-market-de-bir-nece-tetbiqin-eyni-anda-yenilenmesi-ve-yuklenmesi-imkani-istifadeye-verilib
    Proqram Təminatı

    Google Play Market-də bir neçə tətbiqin eyni anda yenilənməsi və yüklənməsi imkanı istifadəyə verilib

    Google şirkəti özünün Play Market platformasını yeniləyib. Nəticədə Google şirkətinin tətbiqlər mağazasına yeni faydalı özəllik əlavə edilib.
    google-gemini-whatsapp-daki-zengleri-ve-bildirisleri-emal-ede-bilecek
    Proqram Təminatı

    Google Gemini, WhatsApp-dakı zəngləri və bildirişləri emal edə biləcək

    Yaxın zamanda Google Gemini rəqəmsal köməkçisi WhatsApp-dakı mesajları və bildirişləri emal edə biləcək.
    google-deepmind-emekdaslari-suni-intellektin-herbi-xidmetler-ucun-istifade-edilmeyine-qarsi-etirazlarini-bildiribler
    Süni İntellekt

    Google DeepMind əməkdaşları, süni intellektin hərbi xidmətlər üçün istifadə edilməyinə qarşı etirazlarını bildiriblər!

    Süni intellekt hərbi sahələrə keçdikcə Google-un süni intellekt üzrə tədqiqat bölməsi olan DeepMind-in əməkdaşları, şirkətin süni intellekt texnologiyasını orduya təqdim etməyi dayandırmasını istəyirlər.
    google-pixel-9a-nin-ilk-real-fotolari-teqdim-edilib
    Cihazlar+

    Google Pixel 9a-nın ilk real fotoları təqdim edilib

    Google şirkəti bu ayın ortasında Pixel 9 smartfonlarını təqdim etdi. Pixel 9 smartfon seriyasına adi Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL modelləri və qatlana bilən Pixel 9 Pro Fold daxil oldular. İndi isə insayderlər Pixel 9a smartfonunun ilk real fotolarını təqdim ediblər.