Google I/O 2026: Gemini artıq hər yerdədir
Süni İntellekt
22.05.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google bu il keçirilən I/O 2026 tədbirində gözlənildiyi kimi diqqəti demək olar ki, tamamilə süni intellektə yönəltdi. Şirkət tədbirdə yeni Gemini funksiyalarını, AI əsaslı axtarış sistemini, rəqəmsal köməkçiləri və gələcəyin ağıllı eynəklərini təqdim edib.
Google eyni zamanda “Gemini Spark” adlı yeni bulud əsaslı rəqəmsal köməkçisini də təqdim edib. Bu sistem kredit kartı çıxarışlarını yoxlayaraq gizli abunəlikləri aşkar edə, məktəblərdən gələn e-poçt yeniliklərini izləyə, qeydləri sənədlərə çevirə və OpenTable, Instacart kimi üçüncü tərəf platformalarda əməliyyatlar həyata keçirə bilir.
Tədbirdə gələcək cihazlara da işarələr verilib. Google və Samsung, Gentle Monster və Warby Parker ilə birlikdə Android XR ağıllı eynəklərinin ilk nümunələrini nümayiş etdiriblər. Bu eynəklər real vaxt tərcüməsi, Gemini ilə səsli ünsiyyət, görüntüdəki mətnlərin çevrilməsi və foto çəkmə kimi funksiyalar təqdim edəcək.
Paylaş