main-post-cover

    Google mətnli təsvir əsasında istənilən janrda musiqi tərtib edən süni zəka əsaslı alqoritmini təqdim edib

    Süni İntellekt
    30.01.2023
    Emil Nəcəfov
        Google şirkəti süni zəka əsaslı MusicLM adlı alqoritmini təqdim edib. Sözügedən alqoritm istənilən janrda musiqi tərtib etməyi bacarır. Məlumatda qeyd edilib ki, şirkət MusicLM-in təlimatlandırılmasında ümumilikdə 280 000 saat təşkil etmiş müxtəlif audio kontentdən istifadə edib. Google tərəfindən təqdim edilmiş bu süni zəka əsaslı alqoritmin çalışma prosesində olan əsas diqqət çəkən məqam ondan ibarətdir ki, o, müxtəlif musiqi janrlarının və alətlərinin kombinasiyasını reallaşdırmaqla yanaşı həmçinin abstrakt fikirlərin mətn formatında təqdim edilmiş təsvirləri əsasında musiqiləri tərtib edə bilir. Məsələn, MusicLM özündə kosmik melodiya ilə reggeton (1990-cı illərin sonlarında Puerto-Rikoda yaranmış musiqi və rəqs üslubu) rəqs musiqisini birləşdirmiş mahnını tərtib edə bilib.
        İstifadəçi bu və ya digər musiqinin tərtib edilməsi üçün hər hansısa fotonu təsvir edə və ya planlaşdırılan musiqini oxuya bilər. Bununla belə sözügedən alqoritm ideal nəticələrin əldə edilməsi mərhələsindən hələ çox uzaqdır. Belə ki, alqoritm tərəfindən tərtib edilmiş bəzi musiqilər qəribə səslənir və onların vokal hissələrini ümumiyytlə anlamaq mümkün deyil. Bununla yanaşı Google şirkəti MusicLM-i açıq şəkildə istifadəçilərə təqdim etməyə tələsmir. Belə ki, şirkət müəllif hüquqları ilə bağlı məhkəmə proseslərində iştirak etmək niyyətində deyil. Çünki alqoritm tərəfindən tərtib edilmiş bu və ya digər musiqidə bir-iki not kifayət edir ki, şirkətə qarşı məhkəmə iddiası qaldırılsın.
    Linki kopyala