Logo
    main-post-cover

    Google mətnli təsviri fotoya çevirən neyron şəbəkəsinin istifadəçilər arasında testinə start verib

    Süni İntellekt
    04.11.2022
    Emil
        Hələ bir neçə müddət bundan öncə Google şirkəti Imagen adlı neyron şəbəkəsi barəsində məlumat vermişdi. Sözügedən neyron şəbəkəsi təqdim edilmiş mətn əsasında fotolar yaratmaqla məşğuldur və o, OpenAI təşkilatının DALL-E 2 adlı neyron şəbəkəsinin analoqu qismində çıxış edir. İndi isə Google elan edib ki, o, Imagen neyron şəbəkəsinin məhdud sayda istifadəçi arasında beta testinə start verir. Sözügedən neyron şəbəkəsini test etmək istəyən şəxs AI Test Kitchen adlı tətbiqdən istifadə etməli olacaq. Google özünün süni zəka alqoritmlərini məhz sözügedən tətbiq vasitəsilə test edir.
        Həmin tətbiqdə şirkətin neyron şəbəkə əsaslı LaMDA adlı çatbotu da var. Testdə iştirak edəcək istifadəçilər ilk növbədə iki rejimdən istifadə edə biləcəklər. Söhbət, City Dreamer Wobble adlı rejimlərdən gedir. City Dreamer rejimi çərçivəsində neyron şəbəkə istənilən mətnli təsvir əsasında izometrik binaların fotolarını yaradacaq. Məsələn istifadəçi Imagen vasitəsilə hansısa çərəzə bənzəyən evin və ya marmeladdan hazırlanmış hava limanının fotosunu yarada bilər. Wobble rejimi çərçivəsində isə neyron şəbəkə müxtəlif növ canlıları yaradacaq.
        Wobble rejimində istifadəçidən yaradılacaq canlının rəngini və digər özəlliklərini qeyd etmək tələb olunacaq. Müəyyən canlının yaradılmasından sonra isə o hətta sadə hərəkətləri də reallaşdıra bilər. Google bildirib ki, sözügedən neyron şəbəkəsinin məhdud sayda istfiadəçi arasında test olunmasının əsas səbəbi ondadır ki, şirkət istifadəçilərin Imagen ilə qarşılıqlı əlaqə üzrə məlumatlarını əldə etmək istəyir. Şirkət istifdəçilərin Imagen vasitəsilə nə yaradacaqlarını, neyron şəbəkənin hansı nəticələri sərgiləyəcəyini öyrənmək istəyir. Lakin yekun olaraq Imagen-in aqibətinin necə olacağı bilinmir. 
    Paylaş
    Bənzər xəbərlər