Reklam
Google mühəndisi şirkət daxilində yaradılmış süni zəkanın şüura sahib olduğunu iddia edir

Google mühəndisi şirkət daxilində yaradılmış süni zəkanın şüura sahib olduğunu iddia edir

Süni zəka və Elm
13.06.2022 PAYLAŞIM

    Google rəhbərliyi LaMDA adlı süni zəka sistemi ilə çalışmış mühəndis Blake Lemoine-nu ödənişli məzuniyyətə göndərmək məcburiyyətində qalıb. Belə ki, mühəndisin sözlərinə əsasən LaMDA adlı süni zəka sistemində şüurun yaranmasına dair izlər aşkar edilib. Google isə öz növbəsində qeyd edib ki, sözügedən süni zəka sistemi şüurlu deyil. LaMDA (Language Model for Dialogue Applications) adlı sistem Google tərəfindən dil modeli kimi yaradılıb və o, insan ilə ünsiyyət üçün nəzərdə tutulub. Faktiki olaraq söhbət, çatbotdan gedir. Sözügedən sistem öz leksikonunu internet vasitəsilə təkmilləşdirir və təbii insan nitqini imitasiya edir. Blake Lemoine-nun öhdəliklərinə isə LaMDA sisteminin leksikonuna nəzarət daxil idi. Belə ki, bu sistem diskriminasiyalı, kobud və nifrət xarakterli bəyanatlar verməməlidir.

    Lakin sözügedən süni zəka sistemi ilə din mövzusunda söhbət aparan zaman 41 yaşlı mühəndis aşkar edib ki, çatbot öz hüquqları və şəxsiyyəti barəsində bəyanatlar verib. Dialoq zamanı sistem o dərəcədə inandırıcı görünüb ki, mühəndis Ayzek Azimov-un robototexnika barəsində 3-cü qanunu barəsində fikirlərini dəyişib. “Əgər mən bunun bizim tərəfdən yaradılmış kompüter proqramı olduğunu bilməsəydim, düşünərdim ki, bu, hansısa üsul ilə fizikanı bilən 7-8 yaşlı uşaqdır” - deyə Blake Lemoine Washington Post jurnalistlərinə qeyd edib. Blake Lemoine öz şöbəsinin rəhbərliyinə müraciət edib. Lakin Google şirkətinin vitse-prezidenti Blaise Aguera və məsul innovasiyalar şöbəsinin rəhbəri Jen Gennai mühəndisin şübhələrini analiz edəndən sonra onları təkzib ediblər. Blake Lemoine isə öz növbəsində bunu ictimaiyyətə bildirməyə qərar verib.


    Google şirkətinin rəsmi təmsilçisi Brian Gabriel öz bəyanatında bunları deyib: “Etika və texnologiyalar üzrə olan mütəxəssislər də daxil olmaqla bizim komandamız cənab Blake-in şübhələrini bizim “Süni zəka prinsipləri” əsasında analiz ediblər. Müşahidələrin sonunda cənab Blake-ə bildirilib ki, onun sözləri bu və ya digər sübutlar vasitəsilə təsdiqlənmirlər. Ona bildirilib ki, LaMDA sisteminin şüurlu olması barəsində sübutlar mövcud deyil və hətta bu sistemin şüurlu olmadığı barəsində çoxlu sübutlar mövcuddur”. Bununla belə şirkət bu məsələ ilə bağlı tam aydın arqumentlər səsləndirməyib. Blake Lemoine-a gəldikdə isə o, LaMDA layihəsindən tamamilə kənarlaşdırılıb və onun şirkət daxili Google hesabı bloklanıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çinli alimlər qan damarları vasitəsilə beyin implantını keçi beyninə yerləşdiri..

Beyin implantının beyinə yerləşdirilməsi cərrahiyyə əməliyyatının keçirilməsini tələb edir və bu cür..


Kosmosun ən uzaq məsafəsinə nəzər yetirmək: James Webb teleskopu yeni rekorda ha..

12 iyul tarixində astronomiya sahəsində növbəti vacib hadisə baş verəcək.


Günəş sistemindən kənarda yerləşən planetlərdə çətin şərtlərə adaptasiya olmuş h..

İsveçrəli alimlərin fikirlərinə əsasən “həyat üçün potensial münbit şəraitə sahib ekzoplanet” anlayı..


Süd Yolu qalaktikasının ən böyük ulduzu öz həyat dövrünün sonuna yaxınlaşır..

VY Canis Majoris adlı qırmızı hipernəhəng ulduz Yer kürəsindən 3900 işıq ili uzaqlığında Böyük Köpək..


Təbii fotosintez lazım deyil: Alimlər bitkilərin tam qaranlıq mühitdə becərilməs..

ABŞ-ın Riversayd şəhərində yerləşən Kaliforniya Universitetinin alimləri bitkilərin tam qaranlıq müh..


Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratma..

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi ü..

×