Google Photos-da Me Meme dövrü: Selfilər artıq meme-ə çevrilir
Süni İntellekt
26.01.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google Photos tətbiqində Me Meme adlı yeni funksiya təqdim olunub. ABŞ-də mərhələli şəkildə istifadəyə verilən bu funksiya istifadəçilərə öz selfilərini meme formatında, süni intellektin köməyi ilə paylaşmağa imkan verir.
Me Meme-in işləmə prinsipi olduqca sadədir. İstifadəçi hazır meme şablonlarından birini seçir və ya öz vizualını yükləyir, daha sonra şəxsi fotosunu əlavə edir. Generativ süni intellekt həmin şəkli seçilmiş şablona uyğunlaşdıraraq meme-ə çevirir. Yaradılan nəticəni yadda saxlamaq, yenidən generasiya etmək və ya sosial platformalarda paylaşmaq mümkündür.
Bu funksiya üçüncü tərəf meme tətbiqlərindən fərqli olaraq birbaşa Google Photos-un daxilində işləyir. Bu da Google-un Photos-u təkcə şəkil saxlanılan yer yox, eyni zamanda yaradıcı bir mərkəzə çevirmə strategiyasının növbəti addımı kimi qiymətləndirilir. Me Meme artıq mövcud olan AI əsaslı foto–video effektləri, süni intellekt stikerləri və ağıllı redaktə alətlərini tamamlayır.
Paylaş