Logo
    main-post-cover

    Google Photos fotoşəkilləri istənilən hərəkətlə canlandırmağa imkan verən yeni funksiyasını təqdim etdi

         Technote.az “Android Police” platformasına istinadən bildirir ki, Google-un ən populyar xidmətlərindən biri olan Google Photos süni intellekt əsaslı yeni funksiyası ilə istifadəçilərə foto xatirələrini tamamilə fərqli səviyyəyə daşımaq imkanı yaradır. Sadəcə qalereya və bulud yaddaşı olmaqdan çoxdan çıxan tətbiq artıq şəkilləri istəyə uyğun şəkildə canlandırmağa imkan verir.
        Əvvəllər Google Photos-da statik şəkilləri animasiyaya çevirmək mümkün idi, lakin bu hərəkətlər olduqca məhdud idi. Yeniləmə ilə birlikdə bu məhdudiyyətlər aradan qaldırılıb. İstifadəçilər artıq xüsusi mətn əmrləri vasitəsilə şəkillərdə hansı hərəkətin, hansı üslubda olacağını özləri təyin edə bilirlər.
        Bu yenilik xüsusilə köhnə ailə fotoları üçün əsl “oyun dəyişdirici” hesab olunur. İstifadəçi fantaziyasına geniş yer verən sistem müəyyən texniki və etik çərçivələr daxilində demək olar ki, sərbəst işləyir. Bundan əlavə, hərəkətli şəkillərə müxtəlif üslublar və vizual effektlər də tətbiq etmək mümkündür.
    Paylaş