Logo
    main-post-cover

    Google satış şöbəsindəki işçilərini süni zəka ilə əvəzləməyi planlaşdırır

    Süni İntellekt
    25.12.2023
    Emil
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Google şirkəti öz satış şöbəsinin əməkdaşlarının bir hissəsini işdən azad etməyi nəzərdən keçirir. Belə ki, həmin işçilərin işləri süni zəka əsaslı funksiyalar vasitəsilə artıq avtomatlaşdırılıb. Hələ bir neçə müddət bundan öncə Google süni zəka əsaslı yeni reklam dövrünə qədəm qoydu. Bu isə öz növbəsində reklam verənlər ilə şirkət arasındakı qarşılıqlı əlaqəni daha da yaxşılaşdırmalıdır. Məlumata əsasən hal-hazırda şirkətin reklam şöbəsində 30 000 işçi çalışır. Onların yarısı isə şirkətin müəyyən reklam servisləri üçün reklamların satılması ilə məşğul olur. Google tərəfindən süni zəka funksiyalarının istifadəyə verilməsi ilə həmin işçilərə tələbat azalıb. Gözləntilərə əsasən işçilərin süni zəka ilə əvəzlənmələri uzunmüddətli perspektivdə şirkətə öz gəlirinin artırılmasında yardımçı olacaq.
    Paylaş
    Bənzər xəbərlər
    apple-oz-suni-zeka-sisteminin-telimatlandirilmasi-movzusunda-kiv-ile-emekdasliq-etmek-niyyetindedir
    Süni İntellekt

    Apple öz süni zəka sisteminin təlimatlandırılması mövzusunda KİV ilə əməkdaşlıq etmək niyyətindədir

    Apple böyük nəşriyyatlar və kütləvi informasiya vasitələri ilə danışıqlar aparır. Belə ki, şirkət onların kontentlərini öz generativ süni zəka sisteminin təlimatlandırılmasında istifadə etmək istəyir.
    suni-zeka-me
    Süni İntellekt

    Süni zəka məşhur rəsm əsərinin müəyyən hissəsinin tanınan rəssam tərəfindən çəkilmədiyini təyin edib

    Alimlərdən ibarət beynəlxalq qrup süni zəka alqoritmindən istifadə edərək məşhur italyan rəssam Rafael Santi-nin “Madonna della Rosa” adlı rəsm əsərində əks olunmuş İosif adlı personajın üz hissəsinin dahi rəssam tərəfindən çəkilmədiyini təyin ediblər.
    google-gemini-bir-cox-gostericiler-uzre-openai-gpt-35-turbo-dan-geride-qalir
    Süni İntellekt

    Google Gemini bir çox göstəricilər üzrə OpenAI GPT-3.5 Turbo-dan geridə qalır

    Karnegi Mellon Universitetinin və BerriAI adlı şirkətin mütəxəssislərinin aparmış olduqları tədqiqata əsasən Google şirkətinin Gemini adlı süni zəka modeli bir çox göstəricilər üzrə OpenAI şirkətinin GPT-3.5 Turbo süni zəka modelindən geridə qalır.
    bill-gates-suni-zeka-ile-bagli-yeni-proqnozlarini-aciqlayib
    Süni İntellekt

    Bill Gates süni zəka ilə bağlı yeni proqnozlarını açıqlayıb

    Bill Gates yaxın illərdə süni zəkanın təsiri ilə bağlı proqnozlarını açıqlayıb.
    google-play-uzerinden-cihazlardaki-tetbiqleri-distant-sekilde-silmek-mumkun-olacaq
    Proqram Təminatı

    Google Play üzərindən cihazlardakı tətbiqləri distant şəkildə silmək mümkün olacaq

    Google şirkəti özünün tətbiqlər mağazası olan Google Play-i 38.8 versiyasına kimi yeniləyib.