
Google şirkəti Gemini 1.5 Flash adlı yeni süni zəka modelini təqdim edib
Süni İntellekt
15.05.2024
Emil
Google şirkəti özünün Gemini adlı süni zəka modelləri portfoliosunu genişləndirməyə davam edir. Belə ki, şirkət Google I/O 2024 konfransı çərçivəsində öz yeni süni zəka modelini təqdim edib. Söhbət, Gemini 1.5 Flash adlı süni zəka modelindən gedir. Bu yeni süni zəka modeli yüksək sürət tələb edən tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub. Gemini 1.5 Flash məlumatları heç bir gecikmə olmadan yüksək sürətlə emal etməyi bacarır.
Google Labs-ın prezidenti Josh Woodward-ın sözlərinə əsasən Gemini 1.5 Flash aşağı göstəricidə gecikmələri tələb edən spesifik tapşırıqların yerinə yetirilməsinə istiqamətlənib. Bu süni zəka modeli mətn, foto və videoları yüksək sürətlə emal etmə bacarığına sahib olduğuna görə o, real zaman ərzində birbaşa cavabların təqdim edilməsini tələb edən tətbiqlər üçün ideal həll rolunda çıxış edir. Bu süni zəka modeli istifadəçilər və ya müştərilərlə ünsiyyətə hədəflənmiş tətbiqlərdə və ya çox sürətli şəkildə sadə fotoların tərtibatında istifadə edilə bilər. Gemini 1.5 Flash-ı yaxın zamanda Google AI Studio və ya Gemini API vasitəsilə istifadə etmək mümkün olacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
