Logo
    main-post-cover

    Google şirkəti Gemini adlı süni zəka sisteminin işə salınmasını gələn ilə təxirə salıb

    Süni İntellekt
    04.12.2023
    Emil
         Google şirkəti gələn həftə xüsusi təqdimat tədbiri keçirməli və həmin tədbirdə ChatGPT-nin rəqibi olacaq Gemini adlı süni zəka sistemini təqdim etməli idi. Lakin məlum olub ki, şirkət öz süni zəka sisteminin təqdimatlını gələn ilə təxirə salıb. Məlumata əsasən Gemini-nin təqdimatı yanvar ayında baş tutacaq. Gemini bu ilin may ayında baş tutmuş Google I/O 2023 tədbirində anons edilmişdi və o, təkmilləşdirilmiş süni zəka modeli kimi qələmə verilmişdi. Daha öncə şirkət sözügedən süni zəka modelini bu ilin sonuna kimi istifadəyə verməyi planlaşdırırdı. Lakin verilmiş məlumata əsasən süni zəka modeli ingilis dilində olmayan sorğuların emal olunması mövzusunda problemlər yaşayır. Bu səbəbdən də Gemini-nin istifadəyə verilməsi təxirə salınıb. Gözləntilərə əsasən Gemini Google şirkətinin Search, AssistantBard kimi süni zəka əsaslı məhsullarını daha da yaxşılaşdıracaq.
    Paylaş