Logo
    main-post-cover

    Google şirkəti PaLM 2 adlı yeni böyük dil modelini təqdim edib

        Google şirkəti Google I/O 2023 konfransı çərçivəsində PaLM 2 adlı yeni böyük dil modelini təqdim edib. Məlumatda qeyd edilib ki, artıq hamı üçün istifadəyə verilmiş süni zəka əsaslı Google Bard çat-botunun əsasında məhz sözügedən böyük dil modeli dayanır. Şirkətin məhsulları üçün nəzərdə tutulmuş yeni süni zəka əsaslı funksiyaların təməlində də PaLM 2 dayanacaq. Bu yeni böyük dil modeli Google PaLM API, Firebase Colab üzərindən artıq tərtibatçılar üçün aktivdir. Google təqdimat çərçivəsində PaLM 2-nin texniki özəllikləri barəsində məlumat verməyib. Həmçinin böyük dil modelində olan parametrlərin sayı və onun hansı üsul vasitəsilə təlimatlandırıldığı da məlum deyil.
        Google bildirib ki, PaLM 2 fəlsəfi müzakirələr, riyaziyyat və məntiq üçün yox yaxşı uyğunlaşdırılıb. Heç sirr deyil ki, böyük dil modelləri riyazi tapşırıqların öhdəsindən çətinliklə gəlirlər. Buna görə də şirkət PaLM 2-yə özlərində riyazi formulları birləşdirən çoxlu sayda riyazi və elmi mətnləri təqdim edib. Bunun sayəsində PaLM 2 riyazi tapşırıqları asanlıqla yerinə yetirə bilir. Bu yeni böyük dil modeli üstəlik proqram təminatı kodlarının tərtib edilməsini də bacarır. PaLM 2 20 proqramlaşdırma dili əsasında təlimatlandırılıb. Onların arasında JavaScript Python kimi məşhur proqramlaşdırma dilləri və Prolog, Verilog, Fortran kimi az tanınan proqramlaşdırma dilləri də var.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google şirkəti PaLM 2 adlı yeni böyük dil modelini təqdim edib | Technote