main-post-cover

    Google şirkətinin süni zəka əsaslı tibbi çat-botu artıq xəstəxanalarda test edilir

    Süni İntellekt
    10.07.2023
    Farid Pardashunas
        Google şirkətinin Med-PaLM 2 adlı süni zəka əsaslı tibbi çat-botu ABŞ-ın Mayo adlı xəstəxanasında və digər tibbi müəssisələrində test edilir. Tibb sahəsindəki suallara cavabların verilməsi üçün nəzərdə tutulmuş bu çat-bot tibbi xidmətlərin məhdud olduqları ölkələrdə xüsusən faydalı ola bilər. Çat-bot tərəfindən tərtib edilən cavablarda dəqiqliklə bağlı bəzi problemlərin olmasına baxmayaraq o, heç də pis olmayan nəticələr sərgiləyir. Med-PaLM 2 may ayında Google I/O 2023 konfransı çərçivəsində anons edilmiş PaLM-2-nin təkmilləşdirilmiş versiyasıdır.
        PaLM-2 isə Google Bard adlı süni zəka əsaslı çat-botun əsasında yerləşən böyük dil modelidir. Məlumata əsasən Med-PaLM 2 tibbi mütəxəssislər tərəfindən yaradılmış və təqdim edilmiş nümunələr vasitəsilə təlimatlandırılıb. Google şirkətinin fikrincə bu faktor pasientlərin səhhətləri ilə bağlı dialoqlarda Med-PaLM 2-ni daha effektiv edir. Med-PaLM 2 tərtib edilən cavablarda bəzi dəqiqlik problemləri ilə qarşılaşsa da, tərtibatçılar böyük dil modellərində bu cür problemləri artıq aradan qaldırmağı öyrəniblər.
        Bununla belə arqumentlərin əsaslandırılması, konsensusa sahib cavabların təqdim edilməsi və yalnış anlaşılma əlamətlərinin olmaması baxımından Med-PaLM 2 real həkimlərin sərgilədikləri nəticələri sərgiləyir. Məlumata əsas’n Med-PaLM 2-ni test edən müştərilər öz tibbi məlumatlarını idarə edə biləcəklər. Həmin məlumatlar şifrələnmiş vəziyyətdə olacaqlar və hətta Google da onları əldə edə bilməyəcək. Med-PaLM 2 hələ ilkin hazırlanma mərhələsindədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər