main-post-cover

    Google şirkətinin təkmilləşdirillmiş süni zəka sistemi bublik ilə ponçik arasındakı fərqi anlaya bilmir

    Süni İntellekt
    22.02.2021
    Emil Nəcəfov
        Son illər ərzində neyroşəbəkələr süni zəkalar bir çox sahələrdə əsl inqilab yaradıblar. Smartfonlarda fotoların emal olunmasından tutmuş yeni dərman preparatlarının yaradılmasına kimi. Lakin məlum olub ki, bu cür sistemlər hələ ideallıqdan çox uzaqdırlar. Belə ki, onlar hələ də bublik ilə ponçik arasındakı fərqi görə bilmirlər. Bublik və ponçik Google mühəndisləri qarşısında həlli mümkün olmayan problem kimi dayanıb. Məsələ burasındadır ki, machine learning sistemi alqoritmə oxşar olmayan obyektləri fərqləndirməyi öyrədə bilir. Lakin oxşar obyektlərin fərqləndirilməsi halında məsələ qəlizləşir.
        Sadalanmış hər iki obyekt dairəvi formaya, dairəvi formada boşluğa və üst hissədən tekstura sahibdir. Bir qayda olaraq insanlar bu iki obyektlərdən hansının bublik, hansının ponçik olduğunu anlaya bilirlər. Lakin neyron şəbəkəsi üçün bu çox qəliz problemdir. Adətən fərqləndirmə problemi obyektlərin ən çox aydın özəlliklərinə fokuslanma cəhdi ilə aradan qaldırılır. Bu halda obyektlərin aydın şəkildə görünən özəllikləri düzgün nəticələrin əldə olunmasına gətirib çıxardır. Lakin bu heç də həmişə çalışmır.
        Məsələn əgər süni zəka iki eyni fotonu görsə və həmin fotolardan birinin üzərinə insan gözü ilə görünməyən rəqəmsal küy əlavə edilsə, machine learning sistemi düzgün cavab verməkdə çətinlik çəkəcək. Hal hazırda süni zəka sisteminin iş prinsipini təkmilləşdirmək üçün istifadə olunan ən yaxşı üsul insan faktorunun iştirakıdır. Google şirkəti machine learning sistemi üçün ən qəliz fotoların qiymətləndirilməsini aparacaq mütəxəssislərin axtarışı ilə məşğuldur. Həmin mütəxəssislər bir fotonu digərindən fərqləndirən bu və ya digər özəlliklərin təyin edilməsi ilə məşğuldurlar.
    Linki kopyala