main-post-cover

    Google şirkətinin Wordcraft adlı yeni süni zəka sistemi bədii mətnlər tərtib edə bilir

    Süni İntellekt
    07.11.2022
    Farid Pardashunas
        Google şirkətinin Wordcraft adlı yeni süni zəka prototipi istifadəçinin sorğusu əsasında bədii mətnlər tərtib edir. Sözügedən yeni süni zəka sistemi dialoq tətbiqləri üçün nəzərdə tutulmuş dil modeli olan LaMDA əsasında çalışır. Wordcraft-ın 8 həftəlik testində 13 nəfər professional yazıçı iştirak edib. Onlar yekun nəticəyə gəliblər ki, yaxın gələcəkdə bu cür süni zəka sistemi yazıçıları əvəz edə bilməyəcək. Bununla belə onlar qeyd ediblər ki, bəzi hallarda bu süni zəka sistemi maraqlı ideyalar irəli sürür.
        Mətn formatında bu və ya digər postun necə başlaması və necə bitməsi üzərində dərin fikirlərə gedən adi istifadəçilər üçün bu cür süni zəka sistemi faydalı ola bilər. Google şirkətinin verdiyi məlumata əsasən Wordcraft-ın əsasında istifadə edilən dil modeli yazılan sözü təyin edə və mətnin davam etdirilməsi üçün həmin sözə məna baxımından ən yaxın olan növbəti sözü proqnozlaşdıra bilir. Bununla yanaşı istifadə edilən dil modelində mümkün ifadələr bölməsi var. Sistemin mümkün ifadələrdən istifadə edib-etməməsi öz növbəsində müəllifdən asılıdır. Bunun sayəsində mətn üçün düzgün məna və emosional tonu seçmək olar. Wordcraft sistemi hələ təcrübə mərhələsindədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər