Logo
    main-post-cover

    Google tibbi axtarışlarda AI icmallarını dayandırıb

         Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google bəzi tibbi axtarış sorğuları üçün təqdim etdiyi AI Overviews (Süni intellekt icmalları) funksiyasını müvəqqəti olaraq ləğv edib. Bu qərar The Guardian nəşrinin apardığı araşdırmadan sonra verilib. Araşdırmada Google-un bəzi tibbi suallara yanlış, çaşdırıcı və hətta həyati risk yaradan cavablar təqdim etdiyi üzə çıxıb.
         Belə ki, Google qaraciyər funksiyası testləri ilə bağlı səhv məlumat verib. Bu yanlış məlumatlar ciddi qaraciyər xəstəliyi olan insanların özlərini sağlam hesab etməsinə və tibbi yardımı gecikdirməsinə səbəb ola bilər. Hazırda “qaraciyər qan analizlərinin normal göstəriciləri nədir?” kimi suallar üçün AI icmalları tamamilə deaktiv edilib. Google bu konkret dəyişikliklə bağlı rəsmi açıqlama verməkdən imtina edib.
    Paylaş