Google-un AI xəbər botu qismət təkmilləşib
Süni İntellekt
05.12.2025
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google-un AI əsaslı xəbər botu yenə də yanlış məlumatlar yayır, lakin artıq media qurumlarının başlıqlarını birbaşa əvəzləməkdən imtina edib. Bir müddət əvvəl botun Baldur’s Gate 3 oyunçularının uşaqlardan sui-istifadə etməsi ilə bağlı absurd və yanlış nəticə çıxarması geniş tənqidə səbəb olmuşdu. Görünür, həmin qalmaqaldan sonra Google müəyyən düzəlişlər edib.
Buna baxmayaraq, bot hələ də qeyri-dəqiq mətnlər yaradır. Məsələn, bəzi hallarda jurnalistlərin real materialları əvəzinə tam əlaqəsiz xəbərlərə keçid verir. Media nümayəndələri deyirlər ki, bot onların eksklüziv məlumatlarını səhv yönləndirərək oxucuları başqa mənbələrə aparır. Mütəxəssislər bu vəziyyətin Google-un AI xəbər mexanizminin hələ tam formalaşmadığını göstərdiyini bildirir. Bununla belə, ən azı başlıqların avtomatik şəkildə təhrif olunmaması kiçik də olsa müsbət addım kimi qiymətləndirilir.
Paylaş