Google-un Project Genie layihəsi istifadəçilərə öz interaktiv dünyalarını yaratmağa imkan verir
Süni İntellekt
30.01.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google DeepMind ötən yay təqdim etdiyi Genie 3 adlı süni intellekt modelini indi daha geniş auditoriya üçün əlçatan edir. Project Genie adı altında istifadəyə verilən bu sistem istifadəçilərə real vaxtda reaksiya verən, içində hərəkət edə bildikləri interaktiv virtual dünyalar yaratmaq imkanı tanıyır.
Genie 3 əslində “world model” adlanan texnologiyaya əsaslanır. Bu tip süni intellektlər yalnız görüntü yaratmır, eyni zamanda istifadəçinin hərəkətlərinə uyğun olaraq mühiti dəyişə bilir. Google əvvəlcə bu modeli AI agentlərinin təlimi üçün hazırlamışdı, lakin indi fərdi istifadəçilər də onu sınaqdan keçirə biləcəklər.
Project Genie-dən istifadə etmək üçün aylıq 250 dollar dəyərində olan Google AI Ultra planına abunə olmaq, ABŞ-də yaşamaq və 18 yaşdan yuxarı olmaq tələb olunur.
Paylaş