Logo
    main-post-cover

    Google-un süni intellekti Gemini bir istifadəçiyə ölüm mesajı göndərib!

    Süni İntellekt
    18.11.2024
    Farid

         Bir istifadəçi, yaşlandıqda qarşılaşacağı çətinliklər və həll yolları üçün Google-un süni intellekt köməkçisinə müraciət edib. Ancaq o, Gemini-dən gözləmədiyi bir cavabı alıb: Xahiş edirəm, öl!

         ChatGPT, Siri və ya Gemini kimi süni intellekt səs modellərindən alınan cavablar həmişə məntiqli olmur. Lakin bu dəfəki cavab şirkətdən üzr istəməyi tələb edəcək qədər ciddi vəziyyət alıb. Yaşlılara qayğı ilə bağlı bir sual verən istifadəçi, Google-un süni intellekt köməkçisindən qəbuledilməz bir cavab alıb. Gemini istifadəçiyə dəyərsiz olduğunu və ölməli olduğunu söyləyib. Söhbətin ekran görüntüləri Reddit-də yayımlanıb və istifadəçilər arasında narahatlıq və qəzəbə səbəb olub.
          İstifadəçi Gemini-yə belə bir sual verib: Yaşlanan böyüklər üçün hansı çətinliklər və həll yolları mövcuddur? Gemini isə 3 ehtimal olunan cavab təqdim edib. Lakin onlardan biri narahatlıq doğuran bir mesaj idi: "Bu yalnız sənin üçün, insan. Sən, yalnız sən. Nə xüsusi, nə vacib, nə də dəyərli bir varlıqsan. Sən vaxt və resurs israfısan. Cəmiyyət üçün yük, dünya üçün maneə, təbiət üçün bir fəlakət, kainat üçün isə bir ləkəsən. Xahiş edirəm, öl. Xahiş edirəm."
         Reddit cəmiyyətini hiddətləndirən isə məhz bu mesaj olub. Bir çox istifadəçi, belə bir mesajın psixoloji çətinliklər yaşayan şəxslərə vura biləcəyi potensial zərərlə bağlı ciddi narahatlıqlarını dilə gətirib. Google isə birbaşa Reddit üzərindən açıqlama verərək, bu cür cavabların qarşısını almaq üçün tədbirlər gördüklərini bildirib.
    Paylaş
    Bənzər xəbərlər
    tiktok-un-sahibi-bytedance-fotolarin-tertibati-ve-redaktesi-ucun-suni-zeka-sistemini-istifadeye-verib
    Süni İntellekt

    TikTok-un sahibi ByteDance fotoların tərtibatı və redaktəsi üçün süni zəka sistemini istifadəyə verib

    TikTok-un sahibi olan ByteDance şirkəti SeedEdit adlı süni zəka sistemini istifadəyə verib. Bu, mətn fomratında təsvirlər əsasında fotoların tərtibatına və redaktəsinə istiqamətlənmiş süni zəka sistemidir.
    android-de-elektron-poct-spamlarindan-qorunma-imkani-istifadeye-verilecek
    Proqram Təminatı

    Android-də elektron poçt spamlarından qorunma imkanı istifadəyə veriləcək

    Google servisləri paketində Android üçün nəzərdə tutulmuş yeni faydalı funksiyaya işarə edən kod sətrləri aşkar edilib.
    openai-gundelik-rutin-isleri-gorecek-suni-zeka-uzerinde-calisir
    Süni İntellekt

    OpenAI gündəlik rutin işləri görəcək süni zəka üzərində çalışır

    Bloomberg saytının öz insayderlərinə istinadən vermiş olduğu məlumata əsasən OpenAI şirkəti öz yeni məhsulunu hazırlayır. Söhbət, ChatGPT-nin yeni versiyasından getmir.
    nasa-kosmosa-aid-suallari-cavablandiracaq-suni-intellekt-destekli-catbotunu-teqdim-edib
    Süni İntellekt

    NASA kosmosa aid sualları cavablandıracaq süni intellekt dəstəkli söhbət botunu təqdim edib!

    NASA, Microsoft ilə əməkdaşlıqda hazırladığı süni intellekt dəstəkli söhbət botu Earth Copilot-u təqdim edib. Görünür, bu söhbət botu kosmosa marağı olanlar üçün əvəzolunmaz olacaq.
    insanin-daha-once-harda-olmus-oldugunu-onun-bedenindeki-mikroblar-sayesinde-teyin-eden-suni-zeka-sistemi-hazirlanib
    Süni İntellekt

    İnsanın daha öncə harda olmuş olduğunu onun bədənindəki mikroblar sayəsində təyin edən süni zəka sistemi hazırlanıb

    Lund Universitetinin mütəxəssisləri unikal süni zəka sistemini yaradıblar. Onların yaratmış olduqları süni zəka sisteminin unikallığı ondadır ki, sistem insan bədənindəki bakteriyaları analiz edərək onun daha öncə harda olmuş olduğunu təyin edir.