Logo
    main-post-cover

    Google-un yeni tətbiqi internet olmadan səsi mətnə çevirir

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google iOS istifadəçiləri üçün yeni süni intellekt əsaslı diktə tətbiqini istifadəyə verib. Google AI Edge Eloquent adlanan bu tətbiq artıq App Store üzərindən pulsuz şəkildə yüklənə bilir. Yeni tətbiqin əsas fərqi onun offline işləyə bilməsidir. Google-un Gemma əsaslı lokal nitq tanıma modelləri birbaşa iPhone-a yüklənir və nəticədə istifadəçilər internetə qoşulmadan səs yazısını mətnə çevirə bilirlər. Bu da tətbiqin abunə tələb etmədən limitsiz istifadəsini mümkün edir.
    Google AI Edge Eloquent App: Offline AI Dictation Tool That Cleans Your  Speech in Real Time
        İstifadəçilər istəsələr, bulud rejimini aktivləşdirərək Gemini AI imkanlarından da yararlana bilərlər. Hazırda bu xidmət də pulsuz təqdim olunur. Tətbiqin istifadəsi olduqca sadədir: istifadəçi sadəcə yazıya başlayır və sistem danışığı avtomatik şəkildə mətnə çevirir. Süni intellekt isə mətni daha səliqəli formaya salaraq “eee”, “ııı” kimi dolğu sözlərini silir və düzəlişləri avtomatik tətbiq edir.
        Bundan əlavə, tətbiq aşağıdakı imkanları təqdim edir:
    • Mətnin avtomatik xülasəsi və yenidən yazılması (Polish, Key points, Formal, Short rejimləri)
    • Bütün yazıların saxlanıldığı history bölməsi
    • Yazılar üzrə axtarış və statistika (söz sayı, danışıq sürəti və s.)
    • Daha dəqiq tanıma üçün şəxsi lüğət yaratmaq imkanı
        Google həmçinin yaxın zamanda tətbiq üçün iOS klaviatura inteqrasiyası da təqdim edəcəyini açıqlayıb.
    Paylaş