main-post-cover

    Google yaxın zamanda GPT-4-ün əsas rəqibini istifadəyə verməlidir

    Süni İntellekt
    15.09.2023
    Farid Pardashunas
        Google yaxın zamanda süni zəka sahəsindəki yeni məhsulunu təqdim edəcək. Söhbət, Gemini adlı süni zəka sistemindən gedir. Bəzi şirkətlər artıq onun ilkin versiyasını test edirlər. Bəzi mənbələrin vermiş olduqları məlumata əsasən Gemini sistemi OpenAI şirkətinin GPT-4 modelinin əsas rəqibi olacaq. Süni zəka sahəsində mövqelərini gücləndirmək üçün Google Gemini sistemini özünün Cloud Vertex AI adlı bulud servisi üzərindən təqdim edəcək.
        Qeyd etmək lazımdır ki, Gemini özündə bir sıra böyük dil modelini birləşdirən sistemdir. Sistemin tərkibində olan böyük dil modelləri çat-botlardan tutmuş istifadəçilərin sorğuları əsasında mətnləri və fotoları tərtib etməyə imkan verən funksiyalara kimi hər şeyi idarə edə bilirlər. Hal hazırda tərtibatçılar Gemini sisteminin böyük versiyasını test edirlər. Lakin sistemin GPT-4 modeli ilə rəqabət apara biləcəyi ən böyük versiyası hələ aktivləşdirilməyib. Sözügedən sistem öz növbəsində generativ neyron şəbəkələri sahəsində yeni qapıları aça və geniş istifadəçi kütləsinə yeni imkanları təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər