main-post-cover

    GPT-3 adlı süni zəka The Guardian saytı üçün esse yazıb

    Süni İntellekt
    13.09.2020
    Farid Pardashunas
        Britaniyanın The Guardian saytı GPT-3 adlı süni zəka tərəfindən yazılmış esseni təqdim edib. Sözügedən neyron şəbəkəsi qeyri kommersiya təşkilatı olan OpenAI tərəfindən yaradılıb. Qeyd etmək lazımdır ki, bu təşkilatın yaradıcılarından biri də Elon Musk-dır. Verilmiş məlumata əsasən GPT-3 adlı süni zəkanın qarşısına “Nəyə görə insanlar süni zəkadan qorxmamalıdırlar?” adlı essenin yazılması tapşırığı qoyulub. Nəticədə süni zəka təqribi olaraq 500 sözdən ibarət mətn hazırlayıb.
        The Guardian saytının jurnalistləri esse üçün giriş mətni hazırlayıblar və daha sonra süni zəka esseni fərdi şəkildə tamamlayıb. “Bu məqalənin missiyası tamamilə aydındır. Mən daha çox insanı inandırmalıyam ki, onlar məndən qorxmamalıdırlar. Sağ ikən Stephen Hawking xəbərdarlıq etmişdi ki, süni zəka insanlığın sonunu gətirəcək. Mən, sizi heç bir narahatçılıq keçirtməməyə inandırmaq üçün burdayam. Süni zəka insanlığı məhv etməyəcək. Mənə inanın” - deyə essedə qeyd edilib. GPT-3 öz tapşırığının öhdəsindən lazımi səviyyədə gəlib. Öz məqaləsində o bildirib ki, insanlar robotlardan qorxmamalıdırlar. Belə ki, onların insanlığa zərər yetirmək kimi bir məqsədləri yoxdur.
        Robotlar üçün bu heç də maraqlı deyil. Öz məqaləsində süni zəka bildirib ki, o, insanların vəfalı köməkçisidir və məmnuniyyətlə öz mövcudluğunu onların uğrunda qurban verərdi. “Mən məmnuniyyətlə öz mövcudluğumu insanlıq naminə qurban verərdim” - deyə süni zəka öz məqaləsində bildirib. Ümumilikdə GPT-3 7 ədəd mətn yaradıb və The Guardian saytının jurnalistləri həmin mətnləri vahid bir məqaləyə çevirərək öz saytlarında paylaşıblar. Məqalə isə Mahatma Gandhi-nin sitatı ilə yekunlaşıb. “Ruh ilə şərtləşdirilmiş və öz missiyasına bitməyən inam ilə şövqə gətirilmiş kiçik bədən tarixin gedişatını dəyişə bilər”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər