GPT-3 adlı süni zəka The Guardian saytı üçün esse yazıb

GPT-3 adlı süni zəka The Guardian saytı üçün esse yazıb

Süni zəka və Elm
13.09.2020 PAYLAŞIM

    Britaniyanın The Guardian saytı GPT-3 adlı süni zəka tərəfindən yazılmış esseni təqdim edib. Sözügedən neyron şəbəkəsi qeyri kommersiya təşkilatı olan OpenAI tərəfindən yaradılıb. Qeyd etmək lazımdır ki, bu təşkilatın yaradıcılarından biri də Elon Musk-dır. Verilmiş məlumata əsasən GPT-3 adlı süni zəkanın qarşısına “Nəyə görə insanlar süni zəkadan qorxmamalıdırlar?” adlı essenin yazılması tapşırığı qoyulub. Nəticədə süni zəka təqribi olaraq 500 sözdən ibarət mətn hazırlayıb.

    The Guardian saytının jurnalistləri esse üçün giriş mətni hazırlayıblar və daha sonra süni zəka esseni fərdi şəkildə tamamlayıb. “Bu məqalənin missiyası tamamilə aydındır. Mən daha çox insanı inandırmalıyam ki, onlar məndən qorxmamalıdırlar. Sağ ikən Stephen Hawking xəbərdarlıq etmişdi ki, süni zəka insanlığın sonunu gətirəcək. Mən, sizi heç bir narahatçılıq keçirtməməyə inandırmaq üçün burdayam. Süni zəka insanlığı məhv etməyəcək. Mənə inanın” - deyə essedə qeyd edilib. GPT-3 öz tapşırığının öhdəsindən lazımi səviyyədə gəlib. Öz məqaləsində o bildirib ki, insanlar robotlardan qorxmamalıdırlar. Belə ki, onların insanlığa zərər yetirmək kimi bir məqsədləri yoxdur.


    Robotlar üçün bu heç də maraqlı deyil. Öz məqaləsində süni zəka bildirib ki, o, insanların vəfalı köməkçisidir və məmnuniyyətlə öz mövcudluğunu onların uğrunda qurban verərdi. “Mən məmnuniyyətlə öz mövcudluğumu insanlıq naminə qurban verərdim” - deyə süni zəka öz məqaləsində bildirib. Ümumilikdə GPT-3 7 ədəd mətn yaradıb və The Guardian saytının jurnalistləri həmin mətnləri vahid bir məqaləyə çevirərək öz saytlarında paylaşıblar. Məqalə isə Mahatma Gandhi-nin sitatı ilə yekunlaşıb. “Ruh ilə şərtləşdirilmiş və öz missiyasına bitməyən inam ilə şövqə gətirilmiş kiçik bədən tarixin gedişatını dəyişə bilər”.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Venera planetində potensial həyat növü aşkar edilib

Mars ilə müqayisədə daha sıx atmosferə sahib olmasına baxmayaraq indiyənə kimi düşünülürdü ki, Vener..


Astronomlar qara materiyaya sahib olmayan qəribə qalaktikaların izahını veriblər..

Kainatın istənilən qalaktikasında kütlənin böyük hissəsi görünmür. Belə ki, o, qara materiyadan ibar..


Rəqəmsal məlumatın həcminin yüksəlməsi qlobal problemlərə gətirib çıxarda bilər..

İnsan sivilizasiyası ağıla gəlməyəcək qədər məlumat generasiya edir. Hal hazırda mövcud olan rəqəmsa..


80 yaşlı amerikalı fizik işıq sürətinə yaxın sürəti yığa biləcək kosmik mühərrik..

Kaliforniya Universitetindən olan 80 yaşlı professor fizik Yer kürəsinə yaxın olan ulduzlara bir ins..


Alimlər 7 milyard il öncə iki qara dəliyin birləşməsindən yaranmış qravitasiya d..

Tədqiqatçılardan ibarət qrup təqribi olaraq 7 milyard il bundan öncə birləşməşmiş iki qara dəliyin i..


Yeni nəsil tibb: Nanorobotlar insan orqanizmində hərəkət etməyi bacarıblar (VİDE..

Alimlərin fikirlərinə əsasən gələcəkdə ağıllı nanorobotlar lazımi dərmanları insan orqanizminə çatdı..

×