Logo
    main-post-cover

    GPT-4 əsaslı çat-bot Turing testindən keçib

    Süni İntellekt
    20.06.2024
    Emil
         Günümüzdə neyron şəbəkələri o dərəcədə təkmilləşdirilib ki, adi ünsiyyət çərçivəsində onları real insanlardan fərqləndirmək qəliz məsələyə çevrilir. Bunu təsdiqləmək üçün Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) mütəxəssisləri yeni tədqiqat aparıblar və aparılmış tədqiqat çərçivəsində tədqiqat iştirakçılarına çat-botlarla ünsiyyət qurmaq təklifi edilib. Məsələ burasındadır ki, tədqiqatda yalnız 3 ədəd çat-bot və bir nəfər real insan iştirak edib. Tədqiqatın əsas məqsədi tədqiqat iştirakçılarının həmsöhbət tərəfin real insandan fərqləndiyini təyin edə bilib-bilməmələrini öyrənmək olub.
         Bu tədqiqat məşhur riyaziyyatçı Alan Turing tərəfindən 1950-ci ildə təklif edilmiş testin müasir versiyasıdır. Əgər süni zəka alqoritmi insanla ünsiyyət prosesi zamanı onu söhbətin real insanla getdiyinə inandıra bilsə, deməli alqoritm sözügedən testdən keçmiş olacaq. Beləliklə aparılmış bu testdə 500 nəfər insan iştirak edib. Onlar müəyyən müddət ərzində növbə ilə 3 ədəd çat-bot və bir nəfər insanla söhbət ediblər. Lakin 500 nəfər arasında heç kim həmsöhbət tərəfdə  bir nəfər real insanın olduğunu öncədən bilməyib.
         Çat-botlara gəldikdə isə testdə keçən əsrin 60-cı illərində yaradılmış ELIZA çat-botu və müasir günümüzdə tanınan GPT-3.5 ilə GPT-4 istifadə edilib. Qeyd et etmək lazımdır ki, ChatGPT-nin əsasını hal-hazırda məhz GPT-4 təşkil edir. Beləliklə iştirakçıların hər biri həmsöhbət tərəfin nümayəndələri ilə 5 dəqiqə ərzində ünsiyyətdə olublar. Nəticədə iştirakçıların 54%-i GPT-4-ü, 22%-i tərkibində heç bir böyük dil modeli və ya neyron şəbəkəsi arxitekturasını birləşdirməyən ELIZA-nı, 50%-i isə GPT-3.5-i insan kimi qəbul ediblər. İştirakçıların 67%-i isə həmsöhbət olduqları tərəfin real insan olduğunu təyin edə biliblər.
    Paylaş
    Bənzər xəbərlər
    suni-intellekt-texnologiyasi-euro-2024-u-simulyasiya-edib
    Süni İntellekt

    Süni intellekt texnologiyası, EURO 2024-ü simulyasiya edib!

    İdman texnologiyaları şirkəti Sportradar tərəfindən idarə olunan bir sıra süni intellektlə işləyən məlumat simulyasiyalarına görə, İngiltərə 14 iyulda UEFA Euro 2024-də qalib gəlmə ehtimalı yüksək olan komandadır.
    fotolarin-tertibati-ucun-nezerde-tutulmus-stable-diffusion-3-medium-suni-zeka-sistemi-teqdim-edilib
    Süni İntellekt

    Fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion 3 Medium süni zəka sistemi təqdim edilib

    Stability AI şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion adlı süni zəka sisteminin yeni versiyasını təqdim edib.
    elon-musk-apple-in-suni-intellektine-qarsi-sert-reaksiya-bildirib
    Sosial Media

    Elon Musk, Apple-ın süni intellektinə qarşı sərt reaksiya bildirib!

    Böyük dil modeli olan ChatGPT-nin istifadəçi məlumatlarını icazəsiz ələ keçirdiyini iddia edən Elon Musk, Apple-ın istifadəçilərini böyük təhlükə qarşısında qoyduğunu bildirib.
    cekdiyi-fotosekilleri-derhal-suni-intellekt-sekline-ceviren-kamera-hazirlanib-video
    Süni İntellekt

    Çəkdiyi fotoşəkilləri dərhal süni intellekt şəklinə çevirən kamera hazırlanıb! (VİDEO)

    Bir Reddit istifadəçisi, real dünyada çəkilmiş fotoşəkilləri tez bir zamanda süni intellekt şəkillərinə çevirə bilən kamera hazırlayıb.
    sony-pictures-film-ve-seriallarin-hazirlanmasinda-suni-zekadan-istifade-edecek
    Süni İntellekt

    Sony Pictures film və serialların hazırlanmasında süni zəkadan istifadə edəcək

    Sony şirkətinə məxsus olub film və televiziya layihələrinin hazırlanması ilə məşğul olan Sony Pictures filmlərin istehsalı prosesində xərclərin aşağı salınması üçün generativ süni zəkadan istifadə etməyi planlaşdırır.