GPT-4o, bütün pulsuz ChatGPT istifadəçiləri üçün təqdim edilib!
Süni İntellekt
30.05.2024
Farid Pardashunas
OpenAI, mayın əvvəlində təqdim etdiyi ən qabaqcıl süni intellekt modeli GPT-4o-nu bütün ChatGPT istifadəçiləri üçün təqdim edib.
ChatGPT Plus, Teams ve Enterprise kimi ödənişli xidmət istifadəçiləri ChatGPT-nin bütün xüsusiyyətlərindən yararlana bilirdi, lakin artıq bu xüsusiyyətlərdən pulsuz ChatGPT istifadəçiləri də yararlana biləcək.
OpenAI, GPT-4-dən daha sürətli və təkmilləşdirilmiş mətn, şəkil və audio imkanlarına malik olan GPT-4o dil modelini təqdim edərkən pulsuz istifadəçilərin də bu xüsusiyyətlərdən yararlana biləcəyini söyləmişdi. OpenAI, artıq bu gün yeni xüsusiyyətləri bütün istifadəçilərə açıq şəkildə təqdim edib. Bu o deməkdir ki, istifadəçilər Google Drive və ya OneDrive-dan faylları yükləyərək süni intellektin qrafikləri tez təhlil etməsi və qrafiklər yaratması da daxil olmaqla yeni funksiyalardan istifadə edə bilərlər. Qabaqcıl məlumat təhlilindən başqa, yeni model daha sürətli reaksiya vermək, ton və fon səsləri kimi şeyləri anlamaq və hətta emosiya ilə danışmaq qabiliyyətinə malikdir. Bununla belə, pulsuz ChatGPT istifadəçiləri üçün müəyyən mesajlaşma və söhbət limiti var. İstifadəçiləri bu limiti doldurduqda, GPT-4o, GPT-3.5 ilə əvəz olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verib
OpenAI növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verib
OpenAI şirkəti GPT-4-ü əvəz edəcək növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verildiyini elan edib. Şirkət öz bloqunda bildirib ki, növbəti süni zəka modeli insan beyni bacarıqlarına sahib ola biləcək ümumi süni zəkanın (AGI) yaradılması yolunda daha üst səviyyəli imkanları əldə edəcək.
ChatGPT-nin proqramlaşdırma barəsindəki cavablarının 52%-i səhvdir
ChatGPT-nin proqramlaşdırma barəsindəki cavablarının 52%-i səhvdir
Son zamanlarda süni zəka texnologiyaları ətrafında olan səs-küy səbəbilə proqramçılar proqram təminatı kodlarının yazılması mövzusunda çox zaman ChatGPT kimi süni zəka əsaslı çat-botlara müraciət etməyə başlayıblar.
OpenAI CEO-su: "İndiki süni zəka həlləri GPT-5-in yanında əlverişsiz qalacaqlar"
OpenAI CEO-su: "İndiki süni zəka həlləri GPT-5-in yanında əlverişsiz qalacaqlar"
OpenAI şirkətinin CEO-su Sam Altman bir neçə müddət bundan öncə vermiş olduğu müsahibəsində bildirdi ki, GPT-5 süni zəka modeli mövcud digər həlləri elə dərəcədə geridə qoyacaq ki, hətta GPT-4 də onun yanında bir qədər əlverişsiz qalacaq.
GPT-4o-nun təqdimatından sonra ChatGPT istifadəçi kütləsi mövzusunda yeni rekorda imza atıb
GPT-4o-nun təqdimatından sonra ChatGPT istifadəçi kütləsi mövzusunda yeni rekorda imza atıb
OpenAI şirkəti bir neçə müddət bundan öncə GPT-4o adlı yeni süni zəka modelini təqdim etdi.
Məşhur aktrisa ChatGPT-dəki səsin öz səsi olduğunu iddia edib!
Məşhur aktrisa ChatGPT-dəki səsin öz səsi olduğunu iddia edib!
OpenAI tərəfindən süni intellekt səsləndirməsi üçün məşhur aktrisa Scarlett Johansson-un səsindən istifadə edilməsi iddiası sosial mediada gündəmə səbəb olub.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!