
"GPT-4o"nun heyrətamiz xüsusiyyəti OpenAI-dan əvvəl Google tərəfindən nümayiş etdirilib!
Süni İntellekt
14.05.2024
Aslan
Google, rəsmi X hesabında paylaşım edərək Gemini ilə bağlı yeni xüsusiyyətini göstərib. Bu xüsusiyyətin "GPT-4o"da da mövcud olması izləyiclərin diqqətindən yayınmayıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Google sözügedən xüsusiyyəti "GPT-4o"un təqdimatından bir neçə dəqiqə əvvəl paylaşıb.
Texnologiya dünyası bu həftə kifayət qədər aktivdir. OpenAI ötən gecə keçirilən tədbirdə özünün ultra inkişaf etmiş süni intellekt modeli "GPT-4o"nu təqdim etmişdi. Bu gün isə ABŞ-da yerləşən texnologiya nəhəngi Google, illik I/O tədbirlərinə start verəcək. Təxmin etdiyiniz kimi, bu tədbirin də əsas mövzusu süni intellekt olacaq. Videoya keçid etmək üçün bura klik edin.
Bütün bunların kölgəsində Google-dan diqqətəlayiq bir hərəkət gəlib. OpenAI-dan hərfi mənada qisas alan Google, generativ süni intellekti olan Gemini-nin "kamera tətbiqi vasitəsilə ətrafda baş verənləri istifadəçiyə çatdıran" yeni xüsusiyyətini nümayiş etdirib. Google Gemini-nin yeni xüsusiyyətinin diqqət çəkən tərəflərindən biri də bu xüsusiyyətin çox oxşar versiyasının OpenAI tərəfindən təqdim edilən "GPT-4o"da da mövcud olmasıdır. Buradan belə nəticəyə gələ bilərik ki, Google Gemini-nin bu gün açıqlanacaq xüsusiyyətləri "GPT-4o"ya güclü rəqib ola bilər.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
