Logo
    main-post-cover

    GPT-Image-1.5 istifadəyə verildi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, OpenAI süni intellekt sahəsində rəqabəti daha da qızışdırır və ChatGPT üçün yeni görüntü yaratma modeli olan GPT-Image-1.5-i istifadəyə verir. Şirkətin açıqlamasına görə, yeni model əvvəlki versiya ilə müqayisədə göstərişləri daha dəqiq yerinə yetirir, şəkillər üzərində daha incə redaktə imkanları yaradır və görüntü generasiyasını 4 dəfəyə qədər sürətləndirir.
    GPT Image 1.5 arrives in ChatGPT, raising the stakes in the AI image race
        GPT-Image-1.5 çərşənbə axşamından etibarən bütün ChatGPT istifadəçiləri üçün əlçatan olacaq, həmçinin API vasitəsilə də istifadəyə veriləcək. Bu addım OpenAI ilə Google arasında davam edən süni intellekt yarışında növbəti eskalasiya kimi qiymətləndirilir. Xatırladaq ki, OpenAI CEO-su Sam Altman ötən ay sızdırılmış daxili qeyddə “code red” elan edərək, Google-un Gemini 3 və Nano Banana Pro modelləri ilə bazarda pay qazanmasına cavab verməyi prioritet kimi göstərmişdi. Google-un LMArena reytinqlərində liderliyini qorumasına baxmayaraq, OpenAI ötən həftə GPT-5.2 modelini təqdim etmiş və indi də yeni görüntü generatoru ilə təzyiqi artırıb. Şirkət əslində yeni "image" modelini yanvarın əvvəlində təqdim etməyi planlaşdırsa da, rəqabətin sürətlənməsi bu planların tezləşdirilməsinə səbəb olub. OpenAI-ın bundan əvvəlki görüntü modeli GPT-Image-1 2024-cü ilin aprelində buraxılmışdı.
        GPT-Image-1.5-in əsas üstünlüklərindən biri post-prodakşn imkanlarıdır. İstifadəçilər artıq üz cizgiləri, işıqlandırma, kompozisiya və rəng tonları kimi detalları dəyişərkən şəklin ümumi vizual uyğunluğunu qoruya biləcəklər. Bu, generativ görüntü alətlərində tez-tez rast gəlinən “yenidən şərh etmə” problemini xeyli azaldır. Bununla yanaşı, ChatGPT Images artıq ChatGPT-nin yan panelində ayrıca bir bölmə kimi təqdim olunur və daha çox “yaradıcı studiya” məntiqi ilə işləyir. OpenAI-ın tətbiqlər üzrə CEO-su Fidji Simo bildirib ki, yeni görüntü baxış və redaktə ekranları istifadəçilərə ilham verən trend promptlar və hazır filtrlərlə daha uyğun vizuallar yaratmağa kömək edəcək.
     
    Paylaş