Logo
    main-post-cover

    GPTZero-nun yeni sahibi Superhuman olub

        Süni intellekt tərəfindən yaradılan məzmunun aşkarlanması ilə tanınan GPTZero startapı Superhuman tərəfindən satın alınıb. Tərəflər müqavilənin maliyyə detallarını açıqlamasalar da, GPTZero-nun qurucusu Edvard Tian şirkətin 19 milyondan çox qeydiyyatdan keçmiş istifadəçiyə və illik 30 milyon dollarlıq təkrarlanan gəlirə sahib olduğunu bildirib.
    AI Content Detection Tools
        GPTZero 2023-cü ildə Princeton Universitetinin tələbəsi olan Edvard Tian tərəfindən diplom layihəsi kimi yaradılmışdı. Qısa müddətdə təhsil müəssisələri, media qurumları və şirkətlər arasında populyarlıq qazanan platforma mətnlərin insan tərəfindən, yoxsa süni intellekt vasitəsilə yazıldığını müəyyən etməyə kömək edirdi. Şirkət fəaliyyət göstərdiyi müddətdə ümumilikdə 13,5 milyon dollar investisiya cəlb edib. 2024-cü ildə isə GPTZero-nun artıq mənfəətlə işlədiyi açıqlanmışdı.
        Satınalma GPTZero ilə Superhuman arasında müəyyən rəqabətin olmasına baxmayaraq həyata keçirilib. Maraqlıdır ki, Superhuman-ın platformasında artıq AI məzmun aşkarlama aləti mövcud idi. Buna baxmayaraq, şirkət GPTZero-nun texnologiyasını və təcrübəsini öz ekosisteminə inteqrasiya etməklə bu sahədə imkanlarını daha da gücləndirməyi planlaşdırır.
     
    Paylaş