Grok “X” platformasında yeni məhdudiyyətlər tətbiq edib
Süni İntellekt
15.01.2026
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Grok “X” platformasında deepfake görüntülərin yayılmasının qarşısını almaq məqsədilə yeni qaydalar tətbiq etdiyini açıqlayıb. X Safety hesabı tərəfindən paylaşılan rəsmi açıqlamaya əsasən, Grok artıq real insanların açıq geyimlərdə təsvirlərinin yaradılmasına və ya redaktəsinə icazə verməyəcək.
Bildirilib ki, bu texnoloji məhdudiyyət bütün istifadəçilərə, o cümlədən ödənişli abunəçilərə şamil olunur. Qərar, xüsusilə uşaqları əhatə edən seksual xarakterli süni intellekt görüntülərinin ciddi problemə çevrildiyi bir dövrdə verilib. X Safety qeyd edib ki, platforma Uşaq Cinsi İstismarı Materialları (CSAM) və razılıq olmadan yaradılan görüntülərlə mübarizəni prioritet hesab edir.
Eyni zamanda xatırladılıb ki, Grok vasitəsilə X üzərindən şəkil yaratma və redaktə etmə funksiyası artıq yalnız abunəçilərlə məhdudlaşdırılıb.
Bu addımlar Kaliforniyada mövzu ilə bağlı araşdırmaların başlaması və Böyük Britaniyada mümkün qadağa təhdidlərinin gündəmdə olduğu bir vaxtda atılıb.
Bu addımlar Kaliforniyada mövzu ilə bağlı araşdırmaların başlaması və Böyük Britaniyada mümkün qadağa təhdidlərinin gündəmdə olduğu bir vaxtda atılıb.
Paylaş