Günəş sistemindən kənarda yerləşən planetlərdə çətin şərtlərə adaptasiya olmuş həyat növü mövcud ola bilər

Günəş sistemindən kənarda yerləşən planetlərdə çətin şərtlərə adaptasiya olmuş həyat növü mövcud ola bilər

Süni zəka və Elm
28.06.2022 PAYLAŞIM

    İsveçrəli alimlərin fikirlərinə əsasən “həyat üçün potensial münbit şəraitə sahib ekzoplanet” anlayışına yenidən nəzər yetirmək lazımdır. Aparılmış yeni tədqiqat nəticəsində alimlər güman edirlər ki, atmosferi hidrogen heliumdan ibarət olan və Yer kürəsi kimi sərt səthə sahib ekzoplanetlərdə maye halında su mövcud ola bilər. Bu isə o deməkdir ki, həmin ekzoplanetlərdə milyardlarla il ərzində həyat növünün mövcud olma ehtimalı çox yüksəkdir. “Ekzoplanetlər Günəş sisteminin sərhədlərindən kənarda yerləşən planetlərdir. Hal hazırda elm sahəsində olan fikrə əsasən bu və ya digər planetdə həyat növünün mövcud olması üçün həmin planet maye halında suya sahib olmalıdır. Belə ki, su Yer kürəsində həyatın yaranmasında rol oynamış vacib faktordur. Sudan əlavə olaraq həyat üçün potensial münbit şəraitə sahib planetin atmosferi oksigen azotdan ibarət olmalıdır. Yer kürəsində vəziyyət məhz belədir. Lakin bizim aparmış olduğumuz tədqiqat onu göstərib ki, həyat üçün potensial münbit şəraitə sahib planetlər anlayışına olan yanaşmanı dəyişmək lazımdır” - deyə Sürix Universitetinin mütəxəssisi Marit Mol Lous qeyd edib.

    Alimlər düşünürlər ki, hətta hidrogen və heliumdan ibarət ilkin atmosferə sahib planetlərdə də həyat növü milyardlarla il ərzində mövcud ola bilər. Qeyd etmək lazımdır ki, Yer kürəsi də həyat dövrünün ilk vaxtlarında hidrogen və heliumdan ibarət olan atmosferə sahib olub. Mütəxəssislər güman edirlər ki, Yer kürəsi kimi sərt səthə sahib və öz ulduzlarından optimal məsafədə yerləşən böyük ölçülü planetlərdə hidrogen və heliumdan ibarət ilkin atmosfer qorunub saxlanmış ola bilər. Aparılmış yeni tədqiqat çərçivəsində alimlər belə bir qənaətə gəliblər ki, bu cür ekzoplanetlərdə həyat növü mövcud şərtlərə adaptasiya olmuş ola bilər. “Yer kürəsində müxtəlif ekstremal şərtlər altında mövcud olan mikroorqanizmlər tapmaq mümkündür. Bu isə o deməkdir ki, onlar əlverişsiz mühitdə də sağ qala bilərlər. Buna görə də kosmosun müxtəlif yerlərində yerləşən və Yer kürəsi kimi sərt səthə sahib ekzoplanetlərin atmosferlərində hidrogen ilə heliumun olması həmin planetlərdə dəqiq şəkildə həyat növünün mövcud olmaması demək deyil” - deyə Marit Mol Lous qeyd edib.


    Yer kürəsinin ilkin atmosferi də uzaq keçmişdə hidrogen və heliumdan ibarət olub. Lakin daha sonra həmin elementlər oksigen və azot ilə əvəzləniblər. “Çox güman ki, öz ilkin atmosferini itirmiş böyük olmayan planetlər mövcuddur və onlar artıq dəyişiliblər. Lakin biz, ilkin atmosferini qoruyub saxlamış sərt səthli planetlərdən danışırıq. Həmin planetlərin səthlərində su maye şəklində mövcud ola bilər. Məsələ burasındadır ki, düzgün kütləyə sahib və öz ulduzundan optimal məsafədə yerləşən bu cür planetləri tapmaq çox qəliz məsələdir” - deyə Marit Mol Lous əlavə edib. Alimlər bildiriblər ki, hal hazırda kosmik teleskoplar adətən sərt səthə sahib böyük ölçülü ekzoplanetlər aşkar edirlər və onlar öz ulduzlarına çox yaxın məsafədə yerləşirlər. Buna görə də həmin planetlər “həyat üçün potensial münbit şəraitə sahib planetlər” anlayışından çox uzaqdırlar. Lakin isveçrəli alimlər güman edirlər ki, James Webb kimi yeni nəsil kosmik teleskoplar sözügedən anlayışa yaxın olan planetləri aşkar etməkdə yardımçı ola biləcəklər.



DAHA ÇOX


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..


Alimlər nadir rast gəlinən yeni qara dəlik kəşf ediblər

Alimlər Hubble teleskopu vasitəsilə yeni qara dəliyi kəşf ediblər.

×