main-post-cover

    Günəş sisteminin bütün planetləri yaşayış zonasında yerləşsəydilər nə baş verərdi?

    Süni İntellekt
    10.10.2022
    Farid Pardashunas
        Alimlərin çoxu digər planetlərə həyat növünün tapılmasını arzu edir. Lakin bu, müşahidə edilən planetlərin yaşayış zonasında (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) olduqları zaman baş verə bilər. Hamıya məlumdur ki, Yer kürəsi Günəş sistemində həyatı dəstəkləyən yeganə planetdir. Lakin Günəş sisteminin digər planetləri yaşayış zonasında olsaydılar hadisələr necə cərəyan edəcəkdi? Bizim sistemimizdə olan bütün planetlər bu zonaya yerləşə bilərlərmi? Günəş sisteminin digər planetlərində həyat növü yarana bilərmi? Maye şəklində su həyat növünün dəstəklənməsi üçün nəzərdə tutulmuş vacib faktorlardan biridir. Günəş sistemində isə səthində suyun maye şəklində mövcud olduğu yeganə planet Yer kürəsidir. Bunun əsas səbəbi isə ondadır ki, Yer kürəsi Günəşin yaşayış zonasında yerləşir. Bu səbəbdən də bizim planetimizdə həyatın dəstəklənməsi üçün olan münbit şərait idealdır. Əgər Yer kürəsi yaşayış zonasında deyil, ona yaxın məsafədə yerləşsəydi, onun səthindəki su ehtiyatı ani olaraq qızardı. Əgər Yer kürəsi yaşayış zonasından uzaq məsafədə yerləşsəydi, onun səthindəki su ani olaraq donardı.

    Mütəxəssislərin sözlərinə əsasən yaşayış zonasının əhatə ölçüsü ulduzun nə dərəcədə isti və ya soyuq olmasından asılıdır.

        Məsələn alimlər yaşayış zonasında yerləşən 4000 ədəd ekzoplanet kəşf ediblər. Lakin onlardan yalnız 24-ü həyatın dəstəklənməsi üçün nəzərdə tutulmuş münbit şəraitə sahib ola bilər. Günəş sistemində yaşayış zonası Günəşdən 0.9-1.2 AV (Astronomik Vahid / 1 AV = 149 597 870 km) məsafəsində yerləşir. Əgər Yer kürəsindən əlavə Günəş sisteminin digər planetləri də yaşayış zonasında olsaydılar, onlarda həyat növünün yaranması mümkün olardımı? Yerdə qalan 7 planeti yaşayış zonasına sığışdırmaq üçün əsas şərtlərdən biri də odur ki, planetlərin bu yerdəyişmə prosesləri maksimal dərəcədə hamar keçsin. Siz hər halda Yer kürəsindəki münbit şəraiti pozmaq istəməzdiniz. Bu proses çərçivəsində ilk növbədə Merkurini yaşayış zonasının ən daxili hissəsinə yerləşdirmək lazımıdr. 0.9 AV məsafəsi hal hazırda Merkuri ilə Günəş arasındakı məsafədən iki dəfə uzun olacaq. Milyardlarla il ərzində yüksək temperatur göstəricisinə sahib bu planetin yerdəyişməsi nəticəsində Merkuridə çox ciddi dəyişikliklər baş verməyəcək. Lakin buna baxmayaraq onun səthində müəyyən soyuqluq mövcud olacaq. Venera yaşayış zonasına nisbətən yaxın məsafədə yerləşir. Belə ki, sözügedən planet yaşayış zonasından 0.72 AV məsafədədir.

    Günəş cavan və aşağı parlaqlıq səviyyəsinə sahib olduğu zamanlarda Venera yaşayş zonasında mövcud olub. Uzaq keçmişdə onun səthində həyat üçün münbit şərait və böyük olmayan okean da mövcud olmuş ola bilər.

        Lakin Günəşin temperaturu yüksəldikcə yaşayış zonasının sərhədləri də Veneradan uzaqlaşıb. Nəticədə planetdə temperatrur artıb və su ehtiyatı buxarlanıb. Ola bilsin ki, Veneranın yenidən yaşayış zonasında yerləşməsi onun səthində həyat üçün münbit şəraitin yenidən yaranmasına səbəb ola bilər. İndi isə bəzi hesablamalar aparmaq lazımdır. Çünki yerdə qalan planetləri də yaşayış zonasına yerləşdirmək öhdəliyi var. Yaşayış zonasının ölçülərini nəzərə alsaq, digər planetləri bir-birilərindən 6.5 milyon km məsafədə yerləşdirmək olar. Bu məsafə Yer kürəsi ilə Ay arasındakı məsafədən təqribi olaraq 30 dəfə böüyk olar. Yer kürəsinin hal hazırki mövqeyindən aralanması bütün bu təcrübəni xaotik edərdi. Lakin planetimizin Günəşdən 0.97 AV məsafədə yerləşməsi nəticəsində Yer kürəsində temperatur normadan bir qədər yüksək olardı.
        Marsa gəldikdə isə onun yaşayış zonasına daxil olması halında da onun səthi həyat üçün münbit şəraitə sahib olmayacaqdı. Həyat növünün inkişaf etməsi üçün maye şəklində su yeganə vacib faktor deyil. Mars öz maqnit sahəsinə sahib deyil. Bu isə o deməkdir ki, Günəş şüalanması onda atmosferin yaranmasının qarşısını alardı. Təəssüflər olsun ki, qaz tərkibli planetlərdə həyat növünün mövcud olması mümkün deyil. Yupiter Saturn kimi planetlərdə atmosfer təzyiqi ilə temperatur həddindən artıq yüksəkdirlər. Bu səbəbdən DNT kimi molekullar bu cür planetlərdə stabil ola bilməzlər. Günəş sisteminin son planeti olan Neptun yaşayış zonasında olsa, o, Yer kürəsinə Marsın hal hazırki mövqeyindən daha yaxın məsafədə yerləşəcək. Bu isə o deməkdir ki, bu cür yeni Günəş sistemində planetlərarası səyahət ehtimalı daha yüksək olardı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər