main-post-cover

    Harvard Universiteti yadplanetli texnologiyaların axtarışı üçün Galileo adlı layihəni istifadəyə verib

    Süni İntellekt
    29.07.2021
    Farid Pardashunas
        Tədqiqatçılardan ibarət beynəlxalq qrup Harvard Universitetinin astronomlarının rəhbərliyi altında Galileo adlı yeni layihənin işə salınmasını elan ediblər. Sözügedən layihə yadplanetli sivilizasiyalar tərəfindən yaradılmış texnologiyaların axtarışı üçün nəzərdə tutulub. Bu layihə Pentaqonun UFO (Unidentified Flying Object / Uçan Naməlum Obyekt) barəsində olmuş bəyanatından 1 ay sonra işə düşüb. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Pentaqon bildirmişdi ki, 143 dəfə bu cür hadisə ilə qarşılaşıb və həmin hadisələrə aydınlıq gətirə bilməyib.
        Pentaqon bu bəyanatı 25 iyun tarixində təqdim edib. Bəyanatda qeyd edilib ki, yaşanmış hadisələrə iqlim hadisələri və ya digər ölkələrin texnologiyaları vasitəsilə aydınlıq gətirmək qeyri-mümkündür. Bəyanatda həmçinin qeyd edilib ki, təyin edilmiş UFO-lar qeyri-adi uçuş və hal hazırda mövcud olan texnoloji inkişaf çərçivəsində anlaşılması qeyri-mümkün olan digər özəlliklər sərgiləyiblər. Pentaqon təmsilçiləri qeyd ediblər ki, onlar Çinin və ya Rusiyanın hansısa gizli texnologiyaları ola bilərlər.
        26 iyul tarixində isə Harvard, Prinston, Kembric, və Stokholm Universitetllərinin alimləri Galileo adlı layihənin işə salındığını elan ediblər. Bu layihə yadplanetli sivilizasiyalar tərəfindən yaradılmış texnologiyaların axtarışı üçün nəzərdə tutulub. Layihə fərdi investorlar tərəfindən maliyyələşdirilir və artıq 1.75 milyon dollar investisiya əldə edib. Sözügedən layihə çərçivəsində orta ölçülü teleskoplardan, yüksək həssaslığa sahib kameralardan və kompüterlərdən ibarət qlobal şəbəkənin istifadəsi planlaşdırılır. Bu qlobal şəbəkə 3 əsas istiqamət üzrə çalışacaq:
    - Teleskoplar vasitəsilə obyektlərin yüksək keyfiyyətli fotolarının çəkilməsi, onların müşahidə edilməsi və məlumatların açıq şəkildə təqdim olunması
    - Vera Rubin adlı rəsədxananın və bu işdə maraqlı olan digər təşkilatların köməkliyi ilə ulduzlararası obyektlərin axtarışı və onların dərindən müşahidə edilməsi
    - Ölçüləri 1 metr və daha kiçik olan yadplanetli peyklərin axtarışı. Nəzəri cəhətdən bu cür peyklər vasitəsilə yadplanetlilər Yer kürəsini müşahidə etmiş ola bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər