Logo
    main-post-cover

    Hərbi oyunlar üçün olan AlphaWar adlı süni zəka alqoritminin Türinq testindən keçdiyi iddia edilir

        Çinli tədqiqatçılar xəbər veriblər ki, onların yaratmış olduqları AlphaWar adlı süni zəka alqoritmi 2 il bundan öncə Türinq testindən uğurla keçib. Qeyd etmək lazımdır ki, sözügedən süni zəka alqoritmi hərbi-qərargah oyunları üçün nəzərdə tutulub. O, hərbi əməliyyatları bütün səviyyələrdə planlaşdıra bilir. Real insanlara qarşı oyunlarda o, bir dəfə də olsun özünün neyron şəbəkəsi olduğunu büruzə verməyib. Hesab edilir ki, 70 il bundan öncə Alan Türinq tərəfindən təklif edilmiş Türinq testindən ilk dəfə 2014-ü ildə Yevgeni Qustman (Eugene Goostman) adlı çat-bot keçib. Bu çat-bot vaxtı ikən rus və ukraynalı tərtibatçılar tərəfindən yaradılmışdı.
        OpenAI şirkətinin süni zəka əsaslı məşhur ChatGPT çat-botunun və Google şirkətinin Bard adlı çat-botunun da Türinq testindən keçdiyi iddia edilir. Lakin çinli tədqiqatçıların sözlərinə əsasən Türinq testindən sözün əsl mənasında keçmiş alqoritm məhz AlphaWar olub. AlphaWar hərbi əməliyyatları strateji olaraq planlama bacarığına sahibdir. Bununla yanaşı o həm insanlara həm də özünə qarşı hərbi-qərargah oyunu çərçivəsində özü-özünü təkmilləşdirə bilir. Məlumatda qeyd edilib ki, real insanlarla oyun zamanı onlar hətta təxmin belə etmirdilər ki, onlara qarşı kompüter oynayır. Ən yüksək oyun səviyyələrində alqoritm əsl strateqləri geridə qoyub. Lakin hərbi bölmələrin yerinə yetirdikləri əməliyyatların koordinasiyaları səviyyəsində və silahların seçilməsi məsələsində alqoritm professional hərbçilərdən daha zəif nəticələr sərgiləyib. 
    Paylaş
    Bənzər xəbərlər